50 şagird yarımfinal turunda iştirak etmək hüququ qazanıb | |
Respublika fənn olimpiadalarının şəhər (rayon) mərhələsinin nəticələrinə əsasən, Bərdə rayonu üzrə 50 şagird yarımfinal turunda iştirak etmək hüququ qazanıb.
Onlardan 6-sı riyaziyyat, 19-u Azərbaycan dili, 8-si kimya, 7-si biologiya, 4-ü coğrafiya, 5-i tarix, 1-i isə fizika fənləri üzrədir.
Rayon üzrə ən yüksək nəticəni Şahvəlilər kənd tam orta məktəbinin X sinif şagirdi Hüseyn Babayev əldə edib. Belə ki, o, kimya fənni üzrə verilmiş 25 tapşırıqdan 23-nü düzgün cavablandırıb.
Zövqiyə ƏSƏDOVA, Bərdə Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi |
|
02.02.2020 | 12:49 | |
|
|
|