Uralda müəssisələrdən biri “ağıllı” küçə lampası, eləcə də onun idarə edilməsi üçün cihaz hazırlayıb. Lampanın işinin tənzimlənməsi dispetçer və ya smartfondakı tətbiqetmə vasitəsilə həyata keçirilir.
“İntellektual işıq cihazı”nın gələcəkdə şəhərin əsasını təşkil edən hissələrindən biri olacağı gözlənilir. Cihaz işıqlandırmanı və hərəkəti izləyən qurğularla təchiz olunub. Tənzimləyicilər yeni küçə lampasında parlaqlığın əlverişli rejimini qurublar.
www.planet-today.ru saytının məlumatına görə, “ağıllı” lampa bütün informasiyanı “ağıllı” sistemə ötürür, burada məlumatlar təhlil edilir və prosesə nəzarət edən bələdiyyə xidmətlərinə hesabat verilir.
Mütəxəssislərin fikrincə, cihazdan istifadə edərək böyük şəhərlərdə havada yayılan zərərli maddələrin tərkibini müəyyənləşdirmək də mümkün olacaq. Həmçinin səsötürücü kimi də istifadə edilə bilən qurğu kamera ilə də təchiz olunub.
Qeyd edək ki, rusiyalı mütəxəssislər bir neçə il əvvəl müəssisələrdə və bütövlükdə şəhərdə enerji istehlakını azaltmaq üçün LED fənəri və onun idarəetmə sistemini inkişaf etdirməyə başlayıblar.