Alimlər öz araşdırmalarında bu nəticəyə gəliblər
Amerikanın Robert Vud Johnson adına Tibb Məktəbinin mütəxəssisləri valideynlərlə birgə kitab oxunmasının uşaqların söz ehtiyatını artırdığını və danışma qabiliyyətlərini yaxşılaşdırdığını sübut edib. "Bu, hətta öyrənmə prosesini çətinləşdirən genetik xüsusiyyətlərə malik olan uşaqlar üçün də faydalıdır",-deyə "MedicalXpress" qəzeti yazır.
Tədqiqatın nəticələri "The Journal of Pediatrics"də dərc edilib. Araşdırma 1998-2000-ci illərdə anadan olmuş , təxminən 5 mindən artıq uşağı əhatə edib. Məlum olub ki, il ərzində daha çox kitab oxunan uşaqlar üç yaşlarında daha artıq söz ehtiyatına malik olublar.
Tədqiqatın müəllifləri vurğulayıblar ki, körpənin, hətta əgər onda təlim və davranışla bağlı çətinliklərin genetik riski mövcuddursa belə, əlverişli inkişafı məhz pozitiv mühit, valideynlərlə yaxın ünsiyyətdən asılıdır. Alimlərin fikrincə, valideynlər öz uşaqlarına kitab oxumalıdırlar ki, bu, erkən uşaqlıq dövründən onlarda savadlılığın və dil bacarıqlarının inkişafını təmin etsin.
Prinston Universitetinin professoru Daniel Notterman da qeyd edir ki, valideynlər hər gün öz uşaqlarına kitab oxumağa vaxt tapmalıdırlar, çünki tədqiqatın nəticələri erkən yaşda savadlılığın inkişafını dəstəkləməyi tələb edir.
Oruc MUSTAFAYEV