Valideynlərlə birgə oxu uşaqların danışıq bacarıqlarını artırır

Amerikanın Robert Vud Johnson adına Tibb Məktəbinin mütəxəssisləri valideynlərlə birgə kitab oxunmasının uşaqların söz  ehtiyatını artırdığını və danışma qabiliyyətlərini yaxşılaşdırdığını sübut edib.  "Bu, hətta öyrənmə prosesini çətinləşdirən genetik xüsusiyyətlərə malik olan uşaqlar üçün də faydalıdır",-deyə "MedicalXpress" qəzeti  yazır.

 

Tədqiqatın nəticələri "The Journal of Pediatrics"də dərc edilib. Araşdırma 1998-2000-ci illərdə anadan olmuş , təxminən 5 mindən artıq uşağı əhatə edib. Məlum olub ki, il ərzində daha çox kitab oxunan uşaqlar üç yaşlarında  daha artıq  söz  ehtiyatına malik olublar.
 

Tədqiqatın müəllifləri vurğulayıblar ki, körpənin,  hətta əgər onda təlim və davranışla bağlı çətinliklərin genetik riski mövcuddursa belə, əlverişli inkişafı məhz  pozitiv mühit, valideynlərlə  yaxın ünsiyyətdən  asılıdır. Alimlərin fikrincə,  valideynlər öz uşaqlarına kitab oxumalıdırlar ki, bu, erkən uşaqlıq dövründən onlarda savadlılığın  və dil bacarıqlarının inkişafını təmin etsin.

 

Prinston Universitetinin professoru Daniel Notterman  da qeyd edir ki,  valideynlər hər gün  öz uşaqlarına kitab oxumağa vaxt tapmalıdırlar,  çünki tədqiqatın nəticələri  erkən  yaşda savadlılığın inkişafını dəstəkləməyi  tələb edir. 

 

Oruc MUSTAFAYEV



10.12.2019 | 13:10