Əcnəbilər üçün cəlbedici ölkələrin adları açıqlanıb
"Cturtle" işədüzəltmə şəbəkəsi Böyük Britaniya, Avstraliya, ABŞ, Kanada və Yeni Zelandiyada təhsil almış xarici məzunlar arasında sorğu apararaq, beynəlxalq tələbələrin universitet seçimində üstünlük verdikləri ən vacib amilləri öyrənməyə çalışıb. Minlərlə məzun arasında keçirilmiş sorğuya əsasən, Kanada və Yeni Zelandiya əcnəbi tələbələr arasında xaricdə ən məşhur təhsil ölkələridir.
2020-ci il üçün "Beynəlxalq tələbə məşğulluğunun nəticələrinin və məmnunluğunun qlobal müqayisəsi" adlı məruzədə Çin, Hindistan, Honkonq, Sinqapur, Vyetnam, İndoneziya, Malayziya və Tailanddan 16 830 beynəlxalq məzunun cavabları toplanıb. Tələbələr təhsil aldıqları ölkədən, əcnəbi tələbələr üçün işədüzəlmə perspektivlərindən nə dərəcədə məmnun qaldıqlarını bildiriblər.
Tələbələrə niyə təhsil aldıqları universiteti seçdiklərinə dair sual veriləndə, onlar ali məktəbin dünya reytinqlərində mövqeyini və coğrafi olaraq harada yerləşməsi kimi faktorları sadalayıblar. Burada təhsil haqları da az əhəmiyyət kəsb etməyib.
Ümumiyyətlə, məzunların çoxu xaricdə təhsil üçün yaxşı istiqamətlər kimi qonaqpərvərlik və işdən məmnunluq hissini əsas götürərək Kanada və Yeni Zelandiyanı tövsiyə ediblər.
Böyük Britaniya məzunlar üçün ən az tövsiyə olunan ölkələrdəndir, baxmayaraq ki, bu ölkə məşğulluq imkanları və işdən məmnunluq hissinə görə yüksək göstəricilərə malikdir. Məzunlara görə, Böyük Britaniya ali təhsildən sonra işləmək və yaşamaq baxımından ən çətin yerdir.
Kanada və ABŞ-da təhsil alan məzunlar bu ölkələrdə məşğulluq imkanlarından daha çox razı qalıblar. Ümumi həyat xərclərinin ödənilməsində Kanada Avropanın təqib etdiyi məmnuniyyətin ən yüksək göstəricilərinə malikdir. Bundan əlavə, Kanada kirayə haqları və ictimai nəqliyyat xərcləri baxımından da ön sıradadır.
Məzunlardan təhsil aldıqları ölkədə qonaqpərvərliyin səviyyəsindən nə dərəcədə məmnun qaldıqlarını soruşduqda, Kanada və Yeni Zelandiyanı bu sahədə ən yüksək reytinqli ölkələr adlandırıblar. Böyük Britaniya bu kateqoriyada ən aşağı effektiv ölkə kimi göstərilib.
Məruzədə, həmçinin fərqli ənənələrə malik ölkələrdən olan gənclərin müxtəlif amillərə daha çox önəm verdikləri müəyyən edilib. Məsələn, Çin, Honkonq və Sinqapurdan olan tələbələr salamlaşmaq hissini ən mühüm amil hesab edirlər. Hindistanlı tələbələr üçün isə təhsili bitirdikdən sonra işlə təminolunma, beynəlxalq tələbə kimi bərabər məşğulluq imkanları daha mühüm amillərdir.
Oruc MUSTAFAYEV