Lənkəran Ləj kənd N.Aslanov adına tam orta məktəbinin müəllimi İlkin Qəniyevin rəhbəri olduğu  “Vətənim Azərbaycan” layihəsinin Lənkəran rayonunun müəyyən olunmuş 3-cü ərazisi (Hirkan qəsəbəsi və ona yaxın kəndlər) üzrə də ümumtəhsil müəssisələrinin məktəbliləri arasında  “Azərbaycanın tarixi və coğrafiyası” üzrə Breynrinq yarışı  həyata keçirilib.

 

Qeyd edək ki, bu layihə Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 3-cü qrand müsabiqəsinin qalibi olub.

 

Bu dəfəki yarışda mümkün 80 baldan 64 balı toplayan Lənkəran rayonu Hirkan qəsəbə tam orta məktəbinin komandası ilk yeri qazanmaqla, 63 balla Lənkəran rayonu Gərmətük qəsəbə tam orta məktəbinin komandası  isə ikinci yeri qazanmaqla  “Vətənim Azərbaycan”  layihəsinin final turuna vəsiqəni təmin edib. Müvafiq olaraq  III yeri 38  balla Lənkəran Xolmili  kənd  tam orta məktəbi,  Kənarmeşə kənd tam orta məktəbi, Siyavar kənd tam orta məktəbinin komandaları   qazanıb.  Yarışa dəvət olunmuş  və  qoşula bilməyən  iki orta məktəbin  nəticələri isə  layihənin təşkilat komitəsi tərəfindən   “0”  balla dəyərləndirilıb.

         

Qeyd edək ki,  “Vətənim Azərbaycan” layihəsi çərçivəsində Lənkəran rayonunun ümumtəhsil müəssisələrinin şagirdləri arasında Azərbaycanın tarixi və coğrafiyası üzrə Breynrinq – bilik yarışı Lənkəran rayonunda daha 4 istiqamət üzrə həyata keçiriləcək.  Növbəti yarışmanın mərkəzi Lənkəran rayonu Liman şəhər 1 saylı tam orta məktəb olacaq.