”Vətənim Azərbaycan” Lənkəranda davam edir | |
Lənkəran Ləj kənd N.Aslanov adına tam orta məktəbinin müəllimi İlkin Qəniyevin rəhbəri olduğu “Vətənim Azərbaycan” layihəsinin Lənkəran rayonunun müəyyən olunmuş 3-cü ərazisi (Hirkan qəsəbəsi və ona yaxın kəndlər) üzrə də ümumtəhsil müəssisələrinin məktəbliləri arasında “Azərbaycanın tarixi və coğrafiyası” üzrə Breynrinq yarışı həyata keçirilib.
Qeyd edək ki, bu layihə Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 3-cü qrand müsabiqəsinin qalibi olub.
Bu dəfəki yarışda mümkün 80 baldan 64 balı toplayan Lənkəran rayonu Hirkan qəsəbə tam orta məktəbinin komandası ilk yeri qazanmaqla, 63 balla Lənkəran rayonu Gərmətük qəsəbə tam orta məktəbinin komandası isə ikinci yeri qazanmaqla “Vətənim Azərbaycan” layihəsinin final turuna vəsiqəni təmin edib. Müvafiq olaraq III yeri 38 balla Lənkəran Xolmili kənd tam orta məktəbi, Kənarmeşə kənd tam orta məktəbi, Siyavar kənd tam orta məktəbinin komandaları qazanıb. Yarışa dəvət olunmuş və qoşula bilməyən iki orta məktəbin nəticələri isə layihənin təşkilat komitəsi tərəfindən “0” balla dəyərləndirilıb. Qeyd edək ki, “Vətənim Azərbaycan” layihəsi çərçivəsində Lənkəran rayonunun ümumtəhsil müəssisələrinin şagirdləri arasında Azərbaycanın tarixi və coğrafiyası üzrə Breynrinq – bilik yarışı Lənkəran rayonunda daha 4 istiqamət üzrə həyata keçiriləcək. Növbəti yarışmanın mərkəzi Lənkəran rayonu Liman şəhər 1 saylı tam orta məktəb olacaq.
|
|
04.11.2019 | 17:46 | |
|
|
|