Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə dünyanın ilk süni intellekt universiteti  açılacaq. Bu barədə "Interesting Engineering"  portalı məlumat yayıb. Universitet Əbu-Dabi vəliəhdi Məhəmməd bin Zaidin adını daşıyacaq və 2020-ci ilin sentyabr ayından etibarən fəaliyyət göstərəcək.


Artıq bu ali təhsil müəssisəsinə qəbul olunmaq üçün bütün dünyadan 3000 -dən çox ərizə verilib.  Tədris proqramları üç əsas ixtisas  istiqamətlərini nəzərdə tutur: maşın təlimi, kompüter görmə qabiliyyəti və təbii dilin işlənməsi.
 

Universitetə ərizələrin əksəriyyəti Birləşmiş Ərəb Əmirliyi,  Səudiyyə Ərəbistanı, Əlcəzair, Misir, Hindistan və Çindən daxil olub. Təhsil müəssisəsinin rəhbərliyi bütün tələbələrə təqaüd, aylıq müavinət, tibbi sığorta və yaşayış yeri vəd edir.

 

Ali məktəb məzunlara iş və karyera sahəsində də  yardım göstərilməsi üçün aparıcı beynəlxalq və yerli şirkətlərlə tərəfdaşlıq münasibətləri quracaq.

 

Oruc MUSTAFAYEV