Süni intellektlə bağlı tədqiqatların ilk sistematik icmalına istinadən, süni intellekt diaqnostika və diaqnostik vizualizasiya nəticələrinin interpretasiyası sahəsində dəqiqlik üzrə həkimlərdən heç də geri qalmır. Ekspertlər bunu nəzərə alaraq söyləyirlər ki, kompüterlər gələcəkdə həkimləri birmənalı şəkildə sıxışdıracaq.
www.meddaily.ru saytının məlumatına görə, mütəxəssislər diaqnostika sahəsində süni intellektdən istifadənin potensialının hələ sonadək öyrənilmədiyini də etiraf edirlər. İndiyədək süni intellekt və həkimlərin imkanlarının birbaşa müqayisəli tədqiqatları cəmi bir neçə dəfə aparılıb. Doğrudur, 69 tematik tədqiqatın analizinə əsaslanaraq demək olar ki, süni intellekt real həkimlərin göstəriciləri ilə müqayisə edilə bilən dəqiqliklə ən müxtəlif xəstəlikləri müəyyənləşdirə bilir.
Onu da qeyd etmək lazımdır ki, bu yaxınlarda tamamilə süni intellekt tərəfindən yaradılmış ilk vaksin təqdim olunub. Tezliklə kliniki sınaqları keçiriləcək qrip əleyhinə yüksək effektivliyə malik vaksini liqandların axtarışı alqoritmi kimi tanınan proqram yaradıb. Bütün bunlar ekspertlərin proqnozlarının reallığa çevriləcəyinə inanmağa əsas verir. Lakin buna baxmayaraq hələ süni intellektin həkimləri əvəz etməsindən söhbət gedə bilməz.
Samirə KƏRİMOVA