- Bu gün Təhsil Nazirliyi yanında İctimai Şuranın yaradılması ilk addımdır. Yəni, bizdə belə bir şura olmayıb. Nədir İctimai Şura? Bu, ictimaiyyətin fikrini icra orqanı olan Təhsil Nazirliyinə çatdırmaqdır, yeni təkliflərlə çıxış etmək, ümumi işə kömək etməkdir.
Bu münasibətlə mən İctimai Şuraya seçilən bütün üzvləri, eləcə də bu işdə əziyyət çəkmiş, iştirak etmiş seçiciləri də təbrik edirəm. Təhsil Nazirliyi İctimai Şuranın yaradılması işini axıra qədər davam etdirib. İctimai Şura bütün Təhsil Nazirliyi sistemində bu miqyasda ilk dəfədir ki, yaradılır, yenidir. Ancaq bütün ali məktəblərdə ictimai şuralar fəaliyyət göstərir. Hər birinin sədri və üzvləri var. Burada iş gedir. İctimai Şura bu miqyasda, yəni, bütün Təhsil Nazirliyi vasitəsilə ilk dəfədir ki, seçilir və mən güman edirəm ki, bu gün təhsil tariximizə düşəcək. Bütün şura üzvlərini təbrik edir və onlara uğurlar arzulayıram.
Şahlar ƏSGƏROV,
təhsil eksperti, professor