İsrailin Texnologiya İnstitutu və Bar-İlan Universitetinin alimlərindən ibarət tədqiqatçılar qrupu 3D çapın köməyindən istifadə edərək bütün dünyada mərcan qayalarının bərpası üçün bir sistem yaradıblar. Bu sistemin vasitəsilə ətraf mühitin və suyun temperaturunun təsirinə məruz qalmayacaq süni mərcan qayaları hazırlamaq mümkündür.

 

www.hightech.fm saytı məlumat verir ki, mərcan qayaları mütəmadi olaraq məhvə məruz qalırlar. Bunun bir çox həm təbii, həm də antropogen səbəbləri vardır. Tədqiqatçılar bunun əsas səbəblərindən biri kimi iqlim dəyişikliyini göstərirlər. Yeni yaradılan texnologiya hazırda İsrailin Eylat sahillərində tətbiq olunur. Tədqiqatçıların sözlərinə görə, 3D çapının köməyilə zəngin sualtı ekosistemi bərpa etmək olacaq.  Çap olunmuş 3D qayalar təbii mərcan qayalarını təqlid edərək müxtəlif növ balıqların diqqətini çəkə biləcək. Alimlərin fikrincə, balıqlar bu süni mərcan qayalıqlarında çox asanlıqla məskunlaşa bilərlər.  Suda quraşdırılan 3D printerdə polilaktik kimyəvi turşusu, qarğıdalıdan hazırlanan bioloji aktiv bioplastikadan, maniokdan və şəkər qamışından istifadə olunur.