Amerika universitetlərinin təcrübəsindən


Dünyanın bir sıra nüfuzlu universitetlərində  müxtəlif ixtisaslaşmalar üzrə  minlərlə kurslardan əlavə təhsilin uğurlu olması üçün zəruri bacarıqların inkişafına həsr olunmuş onlayn-proqramlar mövcuddur. Çox sayda fikirlər (elmi araşdırmalarla əsaslandırılmış) var ki,  yaxşı oxumaq üçün hansı keyfiyyətləri təkmilləşdirmək lazımdır.  Aşağıdakı universitetlərin "mətbəxinə"  daxil olmaqla siz  özünüzə daha yaxın olan yanaşmanı seçə bilərsiniz.  O yanaşmanı ki,  sizi gələcəkdə uğura apara bilər.  


 

"Tədris fənlərini mənimsəməyə kömək edən effektiv psixoloji alətlər"

 

San-Dieqo Kaliforniya Universiteti

 

Çox güman ki, bu,  təlim qabiliyyətlərinin inkişafı üçün ən məşhur kursdur. Bu kursların məzunları, bir qayda olaraq, qızğın surətdə bunu öz tanışlarına məsləhət görürlər. Müəllimlər rəsm, musiqi, ədəbiyyat, riyaziyyat, idman və digər fənlərdə ekspertlər tərəfindən istifadə edilən sadə tədris texnikaları haqqında dinləyicilərə bilik verirlər.  Bundan başqa, burada dinləyicilərə izah edilir ki,  beyinin hansı "təlim rejimləri"  var və  o, əldə olunan informasiyanı  hissələrə  necə bölür. Bu kurslarda nəzəriyyə yadda saxlama  və tədris üçün vacib olan digər mövzular üzrə praktiki məsləhətlər ilə müşayiət olunur.

 

"Yenidən canlandırma: təlimə mane olan əngəllərlə mübarizə və daxili potensialın açılması"

 

Makmastera Universiteti

 

Kurs Kaliforniya  və Makmastera universitetlərinin  müəllimlərinin iştirakı ilə aparılır.  Kursların bir-birinin ardınca, əlaqəli aparılması tövsiyə olunur.  Bununla belə, birinci kurs daha çox təhsilə,  ikinci isə karyeraya yönəlib. Lakin hər ikisi  təlim bacarıqlarının mənimsənilməsinə hesablanıb.


Kursun proqramı onlayn təlimdən maksimum istifadə etmək bacarığının mənimsənilməsi üçün nəzərdə tutulmuşdur. Kurs gedişində müəllimlər ikincinin nə üçün daha yaxşı olduğunu söyləyirlər.  Kursun  daha bir böyük mövzusu  necə oxumaq, özünü və həyatını yaşdan asılı olmayaraq öz xeyrinə necə dəyişdirmək barədə praktik məsləhətlərdir.  Bir sözlə, proqram eyni dərəcədə həm yeniyetmələr, həm də yaşlılar üçün  hesablanıb.

 

"Riyazi düşüncəyə giriş"

 

Stanford Universiteti

 

Riyazi düşüncə, bu, heç də hər hansı riyazi məsələnin həlli deyil.  Ən azından, o,  hazırda məktəblərdə riyaziyyat dərslərində öyrədilənlərə bənzəmir.  Məktəb riyaziyyatı daha çox tipik tapşırıqların həlli  bacarıqlarının öyrədilməsinə yönəlib. Peşəkar riyaziyyatçılar, digər tərəfdən, müxtəlif elmlərdə, real dünyada və ya bu elmin özündə yaranan qeyri-adi problemlərlə məşğul olurlar. Riyaziyyatın məktəb kursu  yalnız standart alqoritmləri  öyrədir, halbuki riyazi düşüncə məsələlərin hələ bəlli olmayan həlləri  üçün qeyri-standart qərarların axtarışlarına fokuslanıb, bu isə çox qiymətli bacarıqdır. Kurs  məhz  bu cür düşüncə tipinin inkişaf etdirilməsinə həsr edilib.

 

"Problemlərin yaradıcı həlli"

 

Minnesotı Universiteti

 

Əgər siz və eləcə də  kursun müəllimləri hesab edirsiniz ki, kreativlik  həyatın istənilən sahəsində  əhəmiyyətli bacarıqdır,  bu proqram sizin üçündür. Proqramın məqsədi hər hansı mövcud problemi (xüsusilə təhsildə) həll etmək üçün bir çox ziddiyyətli fikirlərlə işləmək bacarığını inkişaf etdirməkdir. Tapşırıqlar burada son dərəcə əhəmiyyətlidir  və kurs çərçivəsində onlar xeyli çoxdur.  Dinləyicilər öz davranış modellərini axtarmaq və məqsədyönlü şəkildə dəyişmək məcburiyyətində qalacaqlar. Kursun köməyi ilə siz öz  məhdudiyyətlərinizi tapmağı  və aradan qaldırmağı  öyrənirsiniz.

 

"Akademik dinləmə və icmal yazma"

 

İrvindəki Kaliforniya Universiteti

 

Xarici dildə mühazirələrə qulaq asmaq çox yorucu ola bilər, əgər siz artıq ingilis dilli kursları bitirmisinizsə,  ehtimal ki, bunu bilirsiniz. Bu kurs məhz  ingilis dili ana dili olmayanlar, lakin ingilis mühitində ( fərqi yoxdur, əyani və ya onlayn) təhsil alanlar üçün  hesablanıb. Dinləyicilərə  materialı anlamağa və onun icmalını maksimum dərəcədə effektiv hazırlamağa kömək edəcək texnikaları  öyrədirlər.

 

"İnformasiya erası üçün tənqidi düşüncə»

 

Miçiqan Universiteti

 

Bu gün tənqidi düşüncə yalnız tələbələrə lazım deyil: məlumatların toplanması, təhlili və dərk edilməsi bacarıqları həyatın demək olar ki, hər bir sahəsində tələb olunur. Kurs iştirakçıları statistika, ehtimal nəzəriyyəsi, elmi tədqiqatların metodologiyası, koqnitiv psixologiya,  qiymət  və nəticələr nəzəriyyəsinin əsas konsepsiyaları ilə tanış olurlar. Bütün bunlar, əlbəttə, real həyatdan gələn nümunələrdir.  Kurs daha geniş auditoriya, lakin, ilk növbədə,  ali məktəbdə yenicə  təhsilə başlayan tələbələr üçün nəzərdə tutulub.

 

"Uşağın təhsilində ailənin iştirakı"


Harvard Universiteti

 

Amerikanın ən nüfuzlu ali məktəbinin təqdim etdiyi  bu kurs digər  bütün kurslardan fərqli olaraq, ilk növbədə, şagirdlərin özləri üçün deyil, onların valideynləri üçün nəzərdə tutulub.  Harvard Universitetinin professorları kurs gedişində ailənin uşağın təhsilində iştirakının nə üçün çox əhəmiyyətli olduğunu dinləyicilərə çatdırır,  eyni zamanda bu sahədə öz araşdırmalarını paylaşırlar.  Alimlər valideynlərin uşaqların inkişaf etməsinə, onlara dəstək verməsinə və öyrənmə prosesində iştirakına necə kömək edə biləcəyini izah edirlər.  Kursun xüsusiyyəti ondan ibarətdir ki, alimlər, müəllimlər, tələbələr, məktəblilər və onların ailələri burada öz işləri və təcrübələri haqqında danışırlar.

 

 

Oruc MUSTAFAYEV