Sağlamlıq imkanları məhdud olan uşaqların hərtərəfli inkişafı və tərbiyəsi, məktəbə hazırlığını, bacarıq və biliklərinin aşılanması, onların cəmiyyətə uyğunlaşdırılması istiqamətində Nəsimi rayonunda xüsusi layihələr həyata keçirilir.
Belə layihələrin davamı olaraq Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən sağlamlıq imkanları məhdud olan 11 və 268 nömrəli xüsusi məktəblərdə təhsil alan məktəblilər üçün əyləncəli tədbir təşkil olunub. Azyaşlılar ləziz yeməklər və şirniyyata qonaq edilib, eyni zamanda onlara hədiyyələr verilib.
Daha sonra uşaqlar müxtəlif mahnılar, rəqslər ifa ediblər.
Uşaqların yaddaşında xoş bir xatirəyə çevrilən tədbir müəllim və valideynlərdə də xoş ovqat yaradıb.
Sifai SƏFƏROVA