Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əyləncə təşkil edilib

Sağlamlıq imkanları məhdud olan uşaqların hərtərəfli inkişafı və tərbiyəsi, məktəbə hazırlığını, bacarıq və biliklərinin aşılanması, onların cəmiyyətə uyğunlaşdırılması istiqamətində Nəsimi rayonunda xüsusi layihələr həyata keçirilir. 

 

Belə layihələrin davamı olaraq Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən sağlamlıq imkanları məhdud olan 11 və 268  nömrəli xüsusi məktəblərdə təhsil alan məktəblilər üçün əyləncəli tədbir təşkil olunub. Azyaşlılar  ləziz yeməklər və şirniyyata qonaq edilib, eyni  zamanda onlara hədiyyələr  verilib.

 

Daha sonra uşaqlar müxtəlif mahnılar, rəqslər ifa ediblər.   

 

Uşaqların yaddaşında xoş  bir xatirəyə çevrilən tədbir  müəllim və valideynlərdə də xoş ovqat yaradıb.

 

Sifai SƏFƏROVA
 



11.07.2019 | 14:06