Tayvanın paytaxtı Taybeydə keçirilən “Computex 2019” sərgisində “Lenovo” və “Qualcomm” şirkətləri dünyada beşinci nəsil şəbəkəsini (5G) dəstəkləyən ilk noutbuk təqdim ediblər.

 

www.ferra.ru saytının məlumatına əsasən, “Project Limitless” adlı noutbuk fərdi kompüterlər üçün 7 nanometrlik texnoloji proses üzrə hazırlanmış “Snapdragon 8cx” platforması ilə işləyir. Sistem “Kryo 495” səkkiznüvəli əsas prosessor və “Adreno 680” qrafik nüvəsi ilə, noutbuk beşinci nəsil mobil şəbəkələrini dəstəkləyən modemlə təchiz edilib. Bu, 7 Qbit/s-dək pik sürəti, məlumatların qəbulu və ötürülməsi üçün isə 3 Qbit/s-dək sürəti təmin edir.

 

Qeyd edək ki, sözügedən şirkətlər 2020-ci ilin əvvəlinədək “Project Limitless” noutbukunun istehsalını planlaşdırırlar.