Müasir təhsil sisteminin yenidən qurulması və islahatlar prosesi biz müəllimlərin qarşısında yeni vəzifələr qoyur. Belə ki, şagirdlərə yeni bilikləri müstəqil mənimsəmək yollarını öyrətmək, müstəqil işləmək bacarığı və vərdişləri aşılamaq, işgüzar mühit formalaşdırmaq, müəyyən prosesin təhlilinə tənqidi yanaşmağı öyrətmək, müəyyən mövzu ətrafında şagirdləri tədqiqata cəlb etmək əsas prioritet vəzifələrdəndir.  Müəllim həmişə olduğu kimi, bu gün də məktəbdə əsas sima sayılır. Onun fəaliyyətinin günün tələbləri səviyyəsində qurulması şagirdlərin bir vətəndaş, şəxsiyyət kimi formalaşmasında əsas rol oynayır. Tələbyönümlü, nəticəyönümlü, şagirdyönümlülük prinsiplərinə uyğun şagird yetişdirmək üçün müəllim müasir təlim texnologiyalarına dərindən yiyələnməli, daim axtarışda olmalıdır.

 

Tədris etdiyim kimya fənnində təhsilalanların əldə etdikləri bilikləri tətbiq etmək, onlara müstəqil yaradıcı düşünmə qabiliyyətləri aşılamaq və təlim prosesini daha maraqlı etmək üçün kimyadan problemli sxemlərə, işçi vərəqlərinə daha çox üstünlük verirəm.  Bu üsulun üstün cəhəti  odur ki, ümumiləşdirici dərslərdə az vaxt ərzində şagirdlərin diqqətini müəyyən mövzular ətrafında əsas məsələlərə yönəlməyə imkan verir, həmin mövzular əsasında onların əldə etdiyi bilikləri üzə çıxarmağa şərait yaradır. İşçi vərəqlərindəki materialları yerinə yetirərkən qrup halında mənbələrə istinad etməyin və qrup daxilində müzakirələrin aparılması şagirdlərin fəallığına,  bir-birinə hörmətinə, dünyagörüşünün artmasına müsbət təsirləri vardır. Təcrübə göstərir ki, bu üsulla hətta ən zəif oxuyan şagird mövzu ətrafında müəyyən bilik əldə edə bilər. Problemli sxemin tədrisdə tətbiqi göstərir ki, şüurlu, dərin və möhkəm bilik olmadan şagirdlərin yaradıcı təfəkkürünü və idrak fəallığını inkişaf etdirmək olmaz. Odur ki, ayrı-ayrı mövzuların bir birilə əlaqəli öyrədilməsi dərsin effektini artırır və şagirdlərin ümumi bilik dairəsini genişləndirir.

 

Nümunə olaraq IX sinifdə kükürd mövzusuna dair ümumiləşdirici dərsi təşkil edən zaman istifadə etdiyim işçi vərəqini aşağıdakı kimi təqdim edirəm. Qarşıya qoyulan təlim məqsədinə çatmaq üçün əvvəlcə müsahibə və müzakirələr vasitəsilə kükürdün təbiətdə tapılması, atom quruluşu, alınması, sənaye əhəmiyyətli birləşmələri barədə bilikləri təkrarlayıb aşağıdakı cədvəli və sxemləri tamamlayırıq. Cədvəl və sxemlər üzərində iş aparılan zaman ulduzların yerinə müvafiq  maddələr yazılır. Reaksiya tənlikləri tam olaraq yazılır.

 

Təklif olunan sxem:

 

 

 

 

 

 

 

 

 

 

 

 

Y-in həm oksidləşdirici, həm reduksiyaedici olduğunu bilərək, H2S, H2, O2 və HNO3-lə reaksiya tənliklərini  tərtib edin.

 

Kükürd və onun birləşmələrinin kimyəvi xassələrinə dair cədvəl

 

 

 

 

 

 

 

 

 

 

 

Cədvəlin doldurulmuş variantı

 

 

 

 

 

 

 

 

 

 

 

Belə sxem və cədvəlləri kimyanın istənilən mövzularına tətbiq etmək mümkündür. Mövzuya dair cədvələ düşməyən bəzi məsələləri şifahi sual-cavab və ya müzakirələr vasitəsilə nəzərdən keçirmək olar.

 

 

Elsevər NİZAMOV,

Ucar rayonu Məlikballı kənd tam orta məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini