“GSMArena” resursu tərəfindən dərc edilmiş araşdırmada illər üzrə müxtəlif nəsil şəbəkələrindən istifadə edən insanların sayı açıqlanıb.

 

www.ferra.ru saytının  məlumatına əsasən, araşdırmanın müəllifləri müxtəlif nəsil şəbəkələrin tətbiqi sürətini və onlardan istifadə dərəcəsini qiymətləndirmək üçün müvafiq şəbəkələri dəstəkləyən telefonların populyarlığı üzrə məlumatlara əsaslanıblar.i “3G”-dən və 1faizi isə ikinci nəsil şəbəkəsindən istifadəyə davam edir.

 

Araşdırmanın müəllifləri, həmçinin bildiriblər ki, “2G” erası ən uzun olub: 1991-ci ildən başlanıb və 2003-cü ildə bitib. “3G” şəbəkəsini dəstəkləyən telefonlar da  ani populyarlıq əldə etməyiblər. Bunun üçün 4 il vaxt lazım olub. “4G” dəstəkli qurğuların populyarlaşmasına isə 2 il vaxt lazım olub.

 

 Qeyd edilən  məlumatlara əsaslanan tədqiqatçılar belə qənaətə gəliblər ki, “5G” şəbəkəsindən istifadə 2023-cü ildə geniş yayılacaq.