“Microsoft” korporasiyasının tədqiqat bölməsinin tərtibatçıları görmə məhdudiyyətli istifadəçilərə virtual dünyanın qəbul edilməsini asanlaşdıran VR şlemlər üçün proqram funksiyaları dəsti işləyib hazırlayıblar.
www.itc.ua saytının məlumatında bildirilir ki, tərtibatçılar ümumilikdə 14 funksiya işləyib hazırlayıblar. Reallaşdırma xüsusiyyətlərinə görə onları da iki qrupa ayırmaq olar. 9 funksiya plaqin şəklində reallaşdırılıb. Onları “HTC Vive” şlemləri üçün istənilən proqramla istifadə etmək olar.
Plaqin şəklində əlçatan funksiyaların bir hissəsi şəkli böyütməyə və başqa vizual manipulyasiyalar (məsələn, parlaqlıq və kontrastı yüksəltmək) etməyə imkan verir. Digər funksiyalar isə mürəkkəb mexanizmlərdən istifadə edir. Məsələn, obyektlərin konturlarını seçməyə və mətni oxumağa imkan yaradır.
Samirə KƏRİMOVA