Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən “Bett Show 2019” təhsil texnologiyaları sərgisində “Rəqəmsal bacarıqlar” layihəsinə dair stend nümayiş olunub. Təhsil Nazirliyinin və beynəlxalq "Algoritmika" təhsil şirkətinin birgə pilot layihəsi çərçivəsində görülən işlərə dair ayrıca stend sərgi iştirakçılarının böyük marağına səbəb olub.

 

Qeyd edək ki, “Rəqəmsal bacarıqlar” layihəsinin rəhbəri Fəxri Qurbanov proqram çərçivəsində keçirilən “Liderlik sammiti”ndə  iştirak edir.

 

Sərgi çərçivəsində “Rəqəmsal bacarıqlar” layihəsi “Əməkdaşlıq” nominasiyası üzrə qalib olub.

 

“Rəqəmsal bacarıqlar” layihəsi 2017-ci ildən həyata keçirilir. Hazırda layihə Bakıda 65, Gəncə şəhərində 6 məktəbi, eləcə də 2 özəl ümumi təhsil müəssisəsini, ümumilikdə isə 26 mindən artıq şagirdi əhatə edir.

 

“Bett Show” dünyada təhsil texnologiyaları sahəsində ən böyük hadisə hesab olunur. Sərgi təhsilin keyfiyyətini yaxşılaşdırmağa kömək edəcək son texnologiya və innovativ təhsil həlləri ilə tanış edən platformadır.

 

Sərginin əsas tərəfdaşları arasında “Microsoft Worldwide Education”, “Adobe”, “Epson” və bir sıra digər yüksək texnologiyalı sənaye liderləri var.