2020-ci ildə Tokioda keçiriləcək Olimpiadada robotlar könüllülərin vəzifələrinin bir hissəsini öz üzərinə götürəcəklər.
www.vesti.ru saytının məlumatına görə, Olimpiada robotları lazımi materialların çatdırılmasını yerinə yetirən “Delivery Support Robot”u və insanlara dəstək olan “Human Support Robot”u olaraq fəaliyyət göstərəcəklər. Onlar Olimpiadada iştirak edən qonaqlara yerlərini tapmağa kömək edəcəklər. “Toyota” şirkətinin robot istehsalçıları qeyd edirlər ki, robotlar daha çox hərəkət məhdudiyyəti olan insanlara faydalı olacaq. 2030-cu ildə bu android-köməkçilərin kütləvi istehsalı planlaşdırılır.
Qeyd edək ki, Yaponiya Olimpiadada ölkənin texniki inkişaf səviyyəsini ilk dəfə nümayiş etdirmir. Belə ki, 1964-cü ildə keçirilən Olimpiya oyunları zamanı Şinkansen şəhərində insanların hələ də istifadə etdiyi sürət qatarı təqdim edilmişdi.