Mövzu: Xocalı faciəsi 

 

Standartlar: 1.1.1,2.1.1,2.1.2.

 

Dərsin məqsədi: Mövzu üzrə şagirdlərdə vətənpərvərlik, torpağa və vətənə bağlılıq, Azərbaycan xalqının başına gələn müsibətləri unutmaq deyil, qan yaddaşına çevirmək hisslərini gücləndirmək və inkişaf etdirmək.

 

İnteqrasiya: Azərbaycan dili, tarix, həyat bilgisi və b.

 

Təchizat: Əyani vəsaitlər, şəkillər, disk, kaset, DVD.

 

İş forması: Qruplarla iş.

 

Təlim metodları:  “Beyin həmləsi”, söz assosiasiyası.

 

Dərsin tipi: Yeni biliklərin öyrədilməsi, mənimsədilməsi və inkişaf etdirilməsi.

 

Dərsin mərhələləri və vaxt bölgüsü:

 

Sinfin təşkili - 5 dəq

 

Motivasiya - 5 dəq

 

Tədqiqatın təşkili və aparılması - 15 dəq

 

Təqdimat - 10 dəq

 

Müzakirə - 5 dəq

 

Qiymətləndirmə - 5 dəq

 

Sinfin təşkili:

 

1. Salamlaşma

 

2. Davamiyyətin yoxlanması

 

3. Dərsin keçilməsi üçün şəraitin yaradılması.

 

Motivasiya:

 

“Beyin həmləsi” fəal təlim metodundan istifadə edərək, mövzu haqqında təsəvvür yaratmaq üçün yazı lövhəsində   26 fevral 1992-ci il tarixini yazıram. Şagirdlərə sual edirəm: “Bu tarix sizə hansı faciəni xatırladır”. Mövzu tapıldıqdan sonra köməkçi suallar verirəm:

 

1. Xocalı faciəsinin başlanmasına səbəb nə idi?   

 

2. Vətənpərvərlik dedikdə nə düşünürsünüz? 

 

Tədqiqatın təşkili və aparılması:

 

1. Şagirdlər qruplara bölünür. Qruplar öz liderini seçirlər.

 

2. Qruplar  adlarını müəyyənləşdirirlər.

 

3. Görəcəkləri işi yerinə yetirmək üçün lazımi ləvazimatları masanın üzərinə yığıb, iş bölgüsü aparırlar.  

 

4. Yazı taxtasında Xocalı faciəsini xatırladan təsvir və tarix göstərilir.      

                                                                                              

5. Qrupların marağını dərsə cəlb etdikdən sonra dərsin daha təsirli keçməsi üçün vətənpərvərlik ruhunu alovlandıran musiqilərdən- Azərbaycanın Dövlət himnindən, “Cəngi”, “Qalx ayağa, Azərbaycan” və s. kimi musiqilərdən istifadə edirəm.

 

6. Qruplar qazandıqları bilgilər əsasında işə başlayırlar:

 

I qrup - Çingiz Mustafayev

 

* Çingiz Mustafayev haqqında məlumat, Xocalı faciəsində onun gördüyü işlər

 

* Xocalı faciəsi haqqında şəkil

 

* Xocalı faciəsi haqqında şeir

 

* Xocalı faciəsi haqqında məlumat

 

II qrup - Əlif Hacıyev

 

* Əlif Hacıyev haqqında məlumat, Xocalı soyqırımında onun gördüyü işlər

 

* Xocalı faciəsi haqqında şəkil

 

* Xocalı faciəsi haqqında şeir

 

* Xocalı faciəsi haqqında məlumat

 

III qrup - Füzuli Rüstəmov

 

* Füzuli Rüstəmov haqqında məlumat, Xocalı faciəsində onun gördüyü işlər

 

* Xocalı faciəsi haqqında şəkil

 

* Xocalı faciəsi haqqında şeir

 

* Xocalı faciəsi haqqında məlumat

 

IV qrup - Tofiq Hüseynov

 

* Tofiq Hüseynov  haqqında məlumat, Xocalı faciəsində onun gördüyü işlər

 

* Xocalı faciəsi haqqında şəkil

 

* Xocalı faciəsi haqqında şeir

 

* Xocalı faciəsi haqqında məlumat

 

Təqdimat

 

1. Çəkilmiş şəkillər qrupun liderləri tərəfindən təqdim edilir.

 

2. Lider yazı lövhəsi qarşısına çıxaraq üzünü dinləyicilərə çevirir, çəkdikləri şəkilləri  nümayiş etdirir və lövhədən asır.

 

3. Liderin şərhi, qruplar üzrə şəhidlərə aid şeirlər və Xocalı faciəsindən bəhs  edən məlumatlar dinlənilir.

 

4. Qrup üzvləri öz əlavələrini edirlər.

 

5. Təqdimat zamanı çıxış edəni və bütün dinləyiciləri diqqətdə saxlayır, şərh və dinləmə prosesini izləyirəm.

 

6. Fikir tamlığı əldə etmək və qaranlıq məqamların aydınlaşdırılması üçün yönəldici suallar verirəm.    

   

Müzakirə

 

1. Müzakirələr hər təqdimatın davamı olaraq aparılır və təfəkkürün müxtəlif növlərini (məntiqi, tənqidi və yaradıcı) səfərbər edir.

 

2. Müzakirələrdə qrupların gördüyü işlər təhlil  olunur. Müsbət və mənfi cəhətlər qeyd edilir.

 

3. Yönəldici və köməkçi suallardan istifadə edərək əldə edilmiş məlumatların məqsədyönlü müzakirəsinə kömək edirəm.

 

4. Müzakirələr tədqiqat sualının cavabının hiss etdirilməsi ilə nəticələnir.  

                      

5. Qrupların işinin səciyyələndirilməsi.

 

6. Müzakirələrin nəticələrinə əsaslanaraq qiymətləndirmə aparılır.         

                     

Qrup fəaliyyətinin qiymətləndirilməsinə dair meyarlar cədvəli (bax cədvəl)

 

Qiymətləndirmə və refleksiya

 

1. Qiymətləndirmə müzakirələrin nəticələrinə əsasən aparılmaqla nailiyyətlərin təkmilləşdirilməsinə xidmət edir.

 

2. Əvvəlcə özünüqiymətləndirmə aparılır. Qruplar və onların üzvləri öz qüsurlarını və nailiyyətlərini aşkar edir, daha uğurlu nəticələrin qazanılmasında nələrin mane olduğunu və nələrin köməklik etdiyi müəyyənləşdirilir.

 

3. Sonra qruplararası qiymətləndirmə aparılır. Qrup və ya onun üzvləri tərəfindən digər qrupların işləri dəyərləndirilir.

 

4. Qiymətləndirmənin yekunlaşdırılması və fərqlənən qrupun mükafatlandırılması.

 

 

Qrupun

№-si

Mövzunun əhatə olunması və məqsədə nail olma

Təqdimatlarda fəallıq göstərmə, dinləmə, suallar vermə, əlavələr etmə

Qrup daxilində iş bölgüsü, kollektivçilik, bir-birinin fikirlərinə hörmətlə yanaşma

Təqdimat zamanı fikrini dəqiq ifadə etmə, aydın, səlis nitq, öz yoldaşlarını inandırma, nəticəçıxarma

Ümumi

bal

I

5

5

5

5

20

II

5

5

4

5

19

III

5

5

5

5

20

IV

5

5

4

4

18

 

 

Gülsüm İBRAHİMOVA,

Bakı şəhər 147 nömrəli texniki-humanitar  liseyin müəllimi