Massaçusets Şimal-Şərq Universitetinin tədqiqatçıları gəzə, tullana və hətta kiçik məsafələrə uça bilən Leonardo robotunun köməyilə robot texnikası sferasını müxtəlifləşdiriblər. İstehsalçılar onun istənilən maneələrin, baryerlərin və geniş çuxurların öhdəsindən gələcəyinə əmindirlər.
www.hi-news.ru saytının məlumatına görə, Leonardonun hündürlüyü 80 sm, çəkisi isə 2,7 kq təşkil edir. Yüngüllük robota iki mühərrikin köməyilə bir qədər hündürə uçmağa imkan verir. Təəssüf ki, robot pilotsuz təyyarələr kimi manevrli deyil, lakin bu, ona lazım deyil. Robot uçuşlar üçün nəzərdə tutulmayıb. Leonardo mühərrikləri sayəsində maneələri asanlıqla dəf və iki ayağı üzərində təhlükəsiz eniş edir.
“Qanadları olan mühərriklər robota yalnız uzun tullanışlar üçün deyil, həm də tarazlığın saxlanılması üçün lazımdır. Bu, insanlara çox sadə məsələ kimi görünür, lakin robotlar üçün mürəkkəb və əhəmiyyətlidir. “Boston Dynamics”in “ATLAS” robotunun ilk variantlarını xatırlamaq kifayətdir: onlar praktik olaraq, hər addımbaşı büdrəyirdilər. Onlar artıq o qədər cəlddirlər ki, hətta akrobatik fəndləri icra edə bilirlər. Belə elastik robot, əlbəttə, elmdə çox faydalı olacaq. Məsələn, o, başqa planetlərin çoxlu kraterlər olan kələ-kötür səthlərini tədqiq edə biləcək. Gələcəkdə robotdan tədqiqatların aparılması üçün istifadə ediləcək”, - deyə layihə müəllifi Alireza Ramezani bildirib.