“The Guardian” nəşrinin saytında robotun yazdığı ilk məqalə dərc edilib.
www.hightech.fm saytının məlumatına əsasən, “ReporterMate” adlı robot “The Guardian” nəşrinin jurnalisti Nik Everhed və proqramçılar qrupu tərəfindən birgə hazırlanıb. Alqoritm böyük həcmli məlumatların emal edilməsi, onların axtarıb tapılması və hazır mətn şablonlarına yerləşdirilməsi imkanına malikdir.
Nik Everhedin sözlərinə görə, “ReporterMate” jurnalistləri əvəz etməyə qadir deyil, ancaq o, araşdırmalar zamanı böyük məlumatların təhlili ilə daha dəqiq işləyəcək. Bu isə, jurnalistlərin yol verdiyi riyazi səhvlərin qarşısını alacaq. Jurnalist qeyd edir ki, süni intellektin müstəqil şəkildə böyük həcmli material hazırlaması hələ ki, real səslənmir.