Şagirdlər yaradıcı yanaşmaya yönləndirilərək bilik, bacarıq və vərdişləri möhkəmləndirilir
Fənn: Texnologiya (xidmət əməyi)
Mövzu: Tərəvəzlərdən hazırlanan yeməklər və onların insan orqanizminə faydaları
Standartlar: 1.3.1,1.3.2.
Dərsin məqsədi: şagirdləri yaradıcı yanaşmaya yönəldərək bilik, bacarıq və vərdişlərin möhkəmləndirilməsi və inkişaf etdirilməsi.
İnteqrasiya: rəsm, riyaziyyat, biologiya, kimya, ədəbiyyat, tarix və b.
Resurslar: əyani vəsaitlər, tərəvəzlər, tərtibatlar üçün müxtəlif vasitələr, videomateriallar.
Təlim metodları: “beyin həmləsi”, müşahidə, müzakirə.
İş forması: qruplarla iş.
Dərsin tipi: bilik, bacarıq və vərdişlərin kompleks halda tətbiq edilməsi.
Dərsin mərhələləri və vaxt bölgüsü:
Sinfin təşkili - 3 dəq.
Motivasiya - 5 dəq.
Tədqiqatın təşkili və aparılması - 15 dəq.
Təqdimat - 12 dəq.
Müzakirə - 10 dəq.
Qiymətləndirmə - 5 dəq.
Dərsin gedişi:
1. Salamlaşma
2. Davamiyyətin yoxlanması
Motivasiya:
“Beyin həmləsi” fəal təlim metodundan istifadə edərək mövzu haqqında tam təsəvvür yaratmaq üçün:
1. Tərəvəzlər haqqında tapmacalar nümayiş etdirilir.
2. Masanın üzərinə müxtəlif tərəvəz nümunələri yerləşdirilir. Bu da mövzunun açılmasına bir işarədir.
Tədqiqatın təşkili və aparılması:
1. Sagirdlər qruplara bölünürlər. Qruplar öz liderini seçirlər.
2. Qrupların adları müəyyənləşdirilir.
3. Görəcəkləri işi yerinə yetirmək üçün lazımi ləvazimatları masanın üzərinə yığıb, iş bölgüsü aparırlar.
4. Salatların hazırlanma texnologiyası və ardıcıllığı müəyyənləşdirilir.
5. Qrupların marağını dərsə cəlb etdikdən sonra dərsin maraqlı keçməsi, dinləyicilərin yorulmamasını təmin etmək üçün “Texnologiya” ilə musiqini inteqrasiya edərək xalqımızı zəhmətə, əməyə səsləyən, vətənpərvərlik ruhunu artıran musiqilərdən istifadə edilir.
6. Qruplar qazandıqları bilgilər əsasında işə başlayırlar.
I qrup - Nanə
Nanədən hansı yeməklərdə istifadə olunur?
Nanədən hazırlanan çayın orqanizmimizə faydaları.
II qrup - “Cəfəri”
Cəfəridən hazırlanan yeməklər və onların insan orqanızminə faydaları.
Cəfəridən hazırlanan çayın faydaları.
III qrup - “Şüyüd”
Şüyüddən hazırlanan yeməklər.
Şüyüd suyu nə üçün istifadə olunur?
IV qrup - “Reyhan”
Reyhandan istifadə olunan yeməklər.
Reyhan kompotu necə hazırlanır?
Təqdimat:
1. Hazırlanan tərəvəzlər haqqında maraqlı məlumatlar, onlardan hazırlanan yeməklər liderlər tərəfindən tək-tək təqdim edilir.
2. Liderlərin şərhləri dinlənilir.
3. Qrup üzvlərinin əlavələri dinlənilir.
4. Təqdimat zamanı çıxış edən və bütün dinləyicilər diqqətdə saxlanılmaqla şərh və dinləmə prosesi müəllim tərəfindən izlənilir.
5. Fikir tamlığı əldə etmək və qaranlıq məqamları aydınlaşdırmaq üçün yönəldici suallar verilir.
Müzakirə:
1. Müzakirələr hər təqdimatın davamı olaraq aparılır və təfəkkürün müxtəlif növlərini (məntiqi, tənqidi və yaradıcı) səfərbər edir.
2. Müzakirələrdə qrupların gördüyü işlər təhlil olunur. Müsbət və mənfi cəhətlər qeyd edilir.
3. Yönəldici və köməkçi suallardan istifadə edilərək əldə edilmiş nailiyyətlərin məqsədyönlü müzakirəsinə kömək göstərilir.
4. Müzakirələr tədqiqat sualının cavabının hiss etdirilməsi ilə nəticələnir.
5. Müzakirələrin nəticələrinə əsaslanaraq qiymətləndirmə aparılır.
Qiymətləndirmə və refleksiya:
1. Qiymətləndirmə müzakirələrin nəticələrinə əsasən aparılmaqla nailiyyətlərin təkmilləşdirilməsinə xidmət edir.
2. Əvvəlcə özünüqiymətləndirmə aparılır. Qruplar və onların üzvləri öz qüsurlarını və nailiyyətlərini aşkar edir, daha uğurlu nəticələrin qazanılmasında nələrin mane olduğunu və nələrin köməklik etdiyi müəyyənləşdirilir.
3. Sonra qruplararası qiymətləndirmə aparılır. Qrup və ya onun üzvləri tərəfindən digər qrupların işləri dəyərləndirilir.
4. Qiymətləndirmənin yekunlaşdırılması və fərqlənən qrupun mükafatlandırılması.
5. Qiymətləndirmə şifahi və xüsusi hazırlanmış anket formasında yazılı aparılır.
Qrupun №-si |
Tərəvəz-lərin növləri və faydala-rının sadalan-ması |
Tərəvəz-lərin saxlanma qaydala-rının sadalan-ması |
Tərəvəz-lərin ilkin emalının mərhələlə-rinin sadalan-ması |
Salatların hazırlan-ma ardıcıllığını və tərtibatını bacarma |
Təhlükə-sizlik, sanitar-gigiyena qaydaları və əməkdaşlıq |
Ümumi bal |
I |
4 |
5 |
5 |
5 |
5 |
24 |
II |
5 |
5 |
4 |
4 |
5 |
23 |
III |
5 |
5 |
5 |
4 |
5 |
24 |
IV |
5 |
5 |
5 |
5 |
5 |
25 |
Resurslar:
1. 2016-2017-ci dərs ilinə aid Kurikulum əsasında tədris proqram
2. X.Qədimova. İnteraktiv təlim metodları və onların tətbiqi yolları (metodik tövsiyə), Bakı, 2003.
3. Z.Əliyeva. Yeni pedaqoji təfəkkürün inkişafı: müəllim fəaliyyətinin əsas istiqamətləri (metodik vəsait).
4. Z.Veysova. Fəal (interaktiv) təlim:müəllimlər üçün vəsait, UNİCEFF, Bakı, 2007.
5. Tərəvəzlərin, təsviri olan plakatlar, dərslik, iş vərəqləri
Gülsüm İBRAHİMOVA,
Bakı şəhər 147 nömrəli texniki-humanitar liseyin texnologiya və və təsviri incəsənət müəllimi