Rəqəmsallaşma dövründə təhsil sistemləri necə inkişaf edəcək?
Üfüqdə bütün dünyada təhsil sistemlərinə təsir edəcək hansı böyük beynəlxalq tendensiyalar görünür? Rəqəmsallaşma dövründə təhsil sistemləri necə inkişaf edəcək? OECD-nin (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) Təhsil və bacarıqlar şöbəsinin direktoru, PISA beynəlxalq qiymətləndirməsi üzrə məsul şəxsi Andreas Şleyxer bütün dünyada məktəblərin cavab axtardıqları bu kimi ən böyük sosial, iqtisadi, siyasi və texnologiya məsələlərini şərh edir.
1. Sosial mobillik və əhalinin rifah halında fərqlər. Dünyada ən zəngin və ən kasıb əhali kütləsi arasında fərqlər böyüyür, bu fonda fövqəladə imtiyazların və məhdudiyyətlərin daha böyük intensiv mərkəzləri meydana çıxır. Bu bərabərsizlik yekunda məktəblərin kandarında özünü göstərir. OECD ölkələrində ən zənginlərin 10%-nin gəlirləri ən kasıbların gəlirlərindən 10 dəfə çoxdur. Bu cür bölünmə təhsil sistemləri üçün ən böyük problemlərdən biridir. Belə bir iqtisadi bərabərsizlik şəraitində məktəblər imkanlara ədalətli girişi təmin etmək çağırışlarını necə tənzimləyəcək?
2. Asiya istehlakçısının artması: o, bərabər şəkildə bölünməyə bilər. Xüsusən də Asiyada rifah halının yaxşılaşması müşahidə olunur. Qlobal orta təbəqə daha da çoxalır, yeni iştirakçıların 90 faizi Çində və Hindistanda olacaq. Əgər ən təhsilli insanlar Avropa və Şimali Amerikada deyil, Asiyada olacaqsa, dünya iqtisadiyyatı necə dəyişəcək? Bu yeni zəngin istehlakçılar məktəblərdən hansı dəyərləri istəyəcəklər? Ən böyük tələbatları təmin etmək üçün universitetlər genişlənməyə hazır olacaqlarmı?
3. Miqrasiya artır: hərəkətdə olan insanlar hədsizdir, bununla belə, Asiya miqrantlar üçün ən populyar istiqamət kimi Avropanı əvəzləyir. Bu mobillik özü ilə mədəni müxtəlifliyi, eləcə də yeni gələnlərin iddialarını da doğurur, amma o, həmçinin problemlər də yaradır.
Məktəblər dünyanın hər yerindən gələn şagirdləri necə dəstəkləməlidir? Bu, inteqrasiya və identikliklə bağlı hansı sualları qaldırır? Məktəb ümumi dəyərlərin öyrədilməsində böyük rol oynaya biləcəkmi?
4. Bizə pulu göstərin: maliyyələşdirmə ilə bağlı çətinliklər təhsil sistemləri üçün böyük problem olacaq. Məktəblərin xərcləri haqqında uzunmüddətli qərarlar qəbul edilməlidir, xüsusən tələbat və gözləntilər artdığına görə. Universitetlərə daxil olan çox sayda tələbələrə görə kimlər pul ödəməlidir? Və əgər maliyyələşmənin həcmi azalırsa, onda nələr baş verir? Xüsusi şəxslər həmçinin qəfil iqtisadi sarsıntıların və ya sürəkli resessiyaların maliyyə riskləri haqqında məlumatlı olmalıdırlar.
5. Təlim və ya “əks-səda”. Rəqəmsal texnologiyalar əvvəllər heç vaxt olmadığı qədər ölkələr və mədəniyyətlər arasında əlaqə yaradaraq insanları birləşdirə bilər.
Bu, ən azından bir nəzəriyyədir. Bu, həmçinin dünyanı daha dəyişkən və qeyri-müəyyən edə bilər. O, cəmiyyətdən gələn səsləri eşitməyə imkan verməklə demokratiyanı təşviq edir, amma sonra qeyri-məhdud sayda hakimiyyəti məhdud əllərdə toplayır.
Nə vaxt ki, xəbərlər və informasiya bizim üçün alqoritmlərin köməyi ilə qurulur, insanlar yalnız tərəfdarlarını eşidə və əks baxışlardan qorunmuş ola bilərlər. Məktəblər və universitetlər ideyalara daha açıq yanaşmalara necə meyilli olacaqlar?
6. Birinci sinif insanlar və ya ikinci sinif robotlar? Süni intellektin işinin təhlükəsi haqqında çox xəbərdarlıqlar olub. Amma təhsil sistemləri gənc insanları dəyişən əmək bazarı üçün yenilənən və adaptasiya oluna bilən bacarıqlarla silahlandırmalı olacaqlar.
İrəlidə maşınlar tərəfindən hasil edilməsi mümkün olmayan istedadlı insanların necə inkişaf etdirilməsi kimi suallar durur. Biz təxəyyül, məsuliyyət və emosional dərketmə kimi insani keyfiyyətlərin süni intellektin hesablama gücü ilə yanaşı istifadə olunmasını necə təmin edə bilərik?
7. Ömürboyu dərslər. İnsan ömrünün uzanmasına dair gözləntilər artır, əvvəlcədən proqnozlaşdırıla bilməyən əmək bazarı isə o deməkdir ki, insanların çoxu tez-tez yenidən hazırlanmaya ehtiyac duyurlar. Daha çox diqqət insanların ömürboyu təliminə ayrılmalıdır ki, insanlar iş yerini dəyişə və daha gec yaşlarda təqaüdə çıxa bilsinlər. 1970-ci ildən OECD ölkələrində təqaüdə çıxdıqdan sonra yaşanan illərin orta miqdarı 13-dən 20-yə qədər artıb.
Bu onilliklərdə iş yerlərində böyük dəyişikliklər və “ömürboyu işlər”in sıradan çıxması baş verib. Amma hazırda yaşlılar və daha çox təhsilə ehtiyacı olanlar, eləcə də ixtisas dərəcəsi aşağı olanlar bu təhsili ala bilərlər. Çox vaxt məhəl qoyulmayan bu problem getdikcə daha əhəmiyyətli faktora çevrilir, yəni insanların bacarıqları mövcud iş yerlərinə uyğun olmalıdır.
8. Onlayn və ya oflayn? İnternet gənc insanların həyatının ayrılmaz hissəsidir. Bəzi ölkələrdə 15 yaşlıların internetdə keçirdikləri onlayn vaxtların miqdarı son 3 ildə iki dəfə artıb. Yeniyetmələrin çoxu deyir ki, internet xətlərin kəsilməsi onlara pis təsir edir. Amma təhsil daima bu şəbəkədə olmaq zərurəti ilə barışmalıdır. Bu öyrənmədə internet hansı rolu oynamalıdır? Onun kiber-hədələr və məxfiliyin itirilməsi kimi neqativ nəticələrini necə azaltmaq olar?
9. Təlim dəyərləri. Hamı gözləyir ki, məktəblər dəyərləri tədris edəcək, amma dünyanın daha çox qütbləşdiyi indiki zamanda kim bilir, uşaqlara hansı dəyərləri öyrətmək lazımdır? Rəqəmsal dünya çox insana öz fikrini söyləməyə imkan verib, amma bu, zəmanət vermir ki, onlar etibarlı və tarazlaşdırılmış informasiyaya giriş əldə edə və ya başqalarının fikirlərinə qulaq asmaq istəyəcəklər.
Vətəndaşlar uydurmaları faktlardan necə ayıra bilərlər? Məktəblər fikir və obyektiv informasiya arasında fərqi necə öyrətməlidir? Məktəblərin işi siyasi cəhətdən neytraldırmı və ya konkret ideyaları, düşüncə tərzlərini inkişaf etdirə bilərlərmi? Və müasir demokratiyalar hansı vətəndaş məziyyətlərini tələb edir?
10. Hətta başlanğıc nöqtədə deyil. Bu problemlər dünyada yüz milyonlarla ən kasıb uşaq üçün, xüsusilə Saharadan cənuba Afrika ölkələrində əhəmiyyətə malik olmayacaq. Çünki onlar hətta məktəb yerlərinə girişə malik deyillər və ya məktəblər elə keyfiyyətsiz təhsillə əhatə olunublar ki, uşaqlar adi baza savadı olmadan və ya hesablama əməlini bilmədən təhsil ocaqlarını tərk edirlər.
İctimai-iqtisadi itkilər haqqında qlobal vədlərə və xəbərdarlıqlara baxmayaraq, BMT bildirir ki, təxminən 260 milyon uşaq ibtidai və orta məktəbdən kənarda qalıb.
Oruc MUSTAFAYEV