Fransalı azyaşlılar icbari surətdə bagçalara cəlb olunacaq
Fransa prezidenti Emmanuel Makron Parisdə milli məktəb təhsili məsələləri üzrə keçirilən görüşdə çıxış edərək bildirib ki, 2019-cu ildən ölkənin azyaşlı vətəndaşları 3 yaşdan məcburi surətdə "Ana məktəbləri" adlandırılan uşaq bağçalarına daxil olmalıdırlar. Bu vaxta qədər isə Fransada bağçalarda təhsil altı yaşlılar üçün məcburi idi. Dövlət başçısı izah edib ki, valideynlərin əksəriyyətinin öz uşaqlarını könüllü surətdə qoyduğu "ana məktəbləri"nə daxil olmaq bundan sonra hamı üçün məcburi olacaq. "Ana məktəbi Fransada bizim məktəb təhsilimizdə əsas mərhələdir, gələcəkdə isə bu sahə daha da güclənəcək. Bununla əlaqədar olaraq mən "ana məktəbi"ni məcburi etməyə və bununla da 2019-cu ilin payızından başlayaraq məktəblərə daxil olma yaşını 6-dan 3-ə azaltmaq barədə qərar qəbul etdim", - deyə E.Makron bildirib.
İndiyə qədər Fransada məktəblərdə təlim altı yaşdan 16 yaşa qədər bütün uşaqlar və yeniyetmələr üçün məcburi idi. Bu yaş çərçivəsi 1959-cu ildə müəyyən edilmişdi və o vaxtdan təhsilin bütün səviyyələrini əhatə etməklə dəyişməz olaraq qalırdı.
"Ana məktəbləri" adlandırılan uşaq bağçaları Fransada 1881-ci ildən mövcuddur. Hazırda onlar iki yaşdan beş yaşa qədər olan uşaqları qəbul edirlər. Praktik olaraq bütün fransalı məktəb yaşına çatmamış uşaqlar uşaq bağçalarına gedirlər.
Oruc MUSTAFAYEV