“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən növbəti maarifləndirici tur-aksiyaya Daşkəsən rayonunun məktəbliləri də qoşulublar.
Təhsil şöbəsindən daxil olan məlumata görə, martın 26-da rayon icra hakimiyyətinin, təhsil şöbəsi işçilərinin və valideynlərin iştirakı ilə şagirdlərin rayonun Heydər Əliyev meydanından yola salınması mərasimi keçirilib.
Tədbirdə qeyd olunub ki, Daşkəsən məktəbliləri “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Qəbələ-Şəki-Zaqatala marşrutunun iştirakçısı olacaqlar. Qrupa daxil olan şagirdlər 4 gün ərzində bu rayonlardakı tarixi yerlər, Heydər Əliyev mərkəzləri və tarix-diyarşünaslıq muzeyləri ilə yaxından tanış olacaqlar. Bu da şagirdlərdə Vətənimizin dilbər guşələri haqqında daha geniş məlumat əldə etməyə imkan verəcək.
Şakir CƏFƏROV