“Ölkəmizi tanıyaq”

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən növbəti maarifləndirici tur-aksiyaya Daşkəsən rayonunun məktəbliləri də qoşulublar.

 

Təhsil şöbəsindən  daxil olan  məlumata görə, martın 26-da  rayon icra hakimiyyətinin, təhsil şöbəsi işçilərinin və valideynlərin iştirakı ilə şagirdlərin rayonun Heydər Əliyev meydanından yola salınması mərasimi keçirilib.

 

Tədbirdə qeyd olunub ki, Daşkəsən məktəbliləri “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Qəbələ-Şəki-Zaqatala marşrutunun iştirakçısı olacaqlar. Qrupa daxil olan şagirdlər 4 gün ərzində bu rayonlardakı tarixi yerlər, Heydər Əliyev mərkəzləri və tarix-diyarşünaslıq muzeyləri ilə yaxından tanış olacaqlar. Bu da şagirdlərdə Vətənimizin dilbər guşələri haqqında daha geniş məlumat əldə etməyə imkan verəcək.

 

Şakir CƏFƏROV

 



27.03.2018 | 16:22