“Forbes”: “Planetin gələcəyi Asiya ölkələrindədir”


Məlumdur ki,  müasir dünya düzənində ölkələrin rəqabət qabiliyyətini  müəyyən edən əsas faktorlardan biri yüksək  intellektli insan kapitalıdır. Məhz cəmiyyətin əsas  hərəkətverici  qüvvəsi olan yüksək bilik və səriştələrə,  bacarıqlara malik  insanın yetişdirilməsi milli təhsil sistemləri və ölkələr qarşısında duran mühüm vəzifələrə çevrilib. Son vaxtlar ayrı-ayrı   qurumlar tərəfindən aparılan tədqiqatlar  müxtəlif ölkələrin inkişafında  məktəb təhsilinin və intellektual səviyyənin keyfiyyətini  üzə çıxarmağa imkan verir.

 

Böyük Britaniyanın “Vouchercloud” portalı   dünyanın ən ağıllı ölkələrinin  reytinq cədvəlini  tərtib edib.  Reytinqdə dominantlıq Avropa və Asiya ölkələrinə məxsusdur.   Reytinqin nəticələrinə əsaslanan “Forbes” jurnalının məlumatına görə, planetin gələcəyi Asiya ölkələrindədir.  Jurnal yazır ki,  insanın Yer üzərində məskunlaşdığı qısa müddət ərzində bir çox dəyişikliklərə nail olunub: insanlar atomu  parçalamağı,  kosmosa uçmağı öyrənə,  heyvanlar üçün  zond icad edə biliblər.  Bütün bunlar insanların ən ağıllı varlıq olduğu barədə fikir yaradır. Lakin bunlar bir insanın deyil, əksər hallarda kollektiv səylərin nəticələridir.

 

“Vouchercloud”un reytinqində dünyanın ən ağıllı əhalisi olan  25 ölkəsi yer alıb. Reytinq   hər bir ölkədə Nobel mükafatı  laureatlarının sayına, əhalinin təhsil sahəsində uğurları və orta intellektual  (İQ)  səviyyəsinə əsaslanıb. 3 faktor ölkənin  intellektual keçmişi, bu günü və gələcəyi barədə təsəvvür yaradır.

 

Əsasən Asiya və Avropa ölkələrinin yer aldığı reytinqə  Yaponiya başçılıq edir. Yaponiyanın siyahının zirvəsində olmasına   üç yüksək qiymətləndirmə meyarı imkan verib.  Belə, ki, Yaponiya məktəblərdə təhsilin nəticələrinə görə beşinci, Nobel mükafatı laureatlarının sayına və İQ əmsalına görə 6-cı sıranı tutub.

 

ABŞ reytinqdə dördüncü yeri tutub,  belə bir nəticəyə bu ölkə, ilk növbədə,  Nobel mükafatı  laureatlarının sayına görə layiq görülüb.  ABŞ-ın bütün tarixi ərzində onların sayı 368 nəfər olub.  Böyük Britaniya  bu göstərici üzrə  dünyada ikinci yeri tutur,  bu ölkədə Nobel laureatlarının sayı ABŞ-da olduğundan 3 dəfə azdır. Lakin İQ səviyyəsinə görə ABŞ dünyada 28-ci, təhsil uğurlarına görə isə 13-cü yeri tutur. Çin əhalisinin yüksək  intellekt  səviyyəsinə  görə 3-cü yeri tutub.

 

İlk onluqda  beş Avropa ölkəsi yer alıb:  İsveçrə 2-ci, Niderland 5-ci, Rusiya 6-cı,  Belçika 7-ci, Böyük Britaniya isə 8-ci yerdədir. Siyahıda 25 -ci yerdə olmasına baxmayaraq, Sinqapur  IQ səviyyəsinə və əhalinin təhsil  müvəffəqiyyətləri üzrə birinci olub. Lakin Nobel laureatları olmadığına görə  Sinqapur ən ağıllı ölkələrin siyahısında 25 yeri tutur. Baxmayaraq ki,  məhz bu ölkənin  vətəndaşları dünyada ən ağıllıdırlar və məhz onların məktəb müvəffəqiyyətləri dünyada  birincidir.

 

Reytinqdə  ən nüfuzlu beynəlxalq mükafatların sayına görə Qərb ölkələri üstünlük təşkil etsə də balans tezliklə Asiya ölkələrinin xeyrinə dəyişəcək. IQ səviyyəsi üzrə ölkələrin siyahısında liderlik məhz Asiya dövlətlərinə məxsusdur. Qərb ölkələrindən yalnız  Finlandiya səkkizinci mövqeni tuta bilib.

 

“Vouchercloud”  Şərqi Asiya ölkələrinin göstəricilərinə xüsusi  diqqət  yetirir. Cənubi Koreya, Tayvan və Sinqapur yüksək intellektli sakinlərin və təhsilli gənclərin  sayına görə liderlik edir, ümumi reytinqdə isə onlar yalnız Nobel laureatlarının sayının az olmasına görə geri qalırlar.

 

Daha ətraflı  www.vouchercloud.com/resources/worlds-smartest-countries səhifəsindən məlumat almaq olar.

 

Nobel laureatları

 

Bu kriteriya üzrə, bir qayda olaraq,  Qərb ölkələri reytinqdə üstünlük təşkil edirlər.  Yalnız Yaponiya (6), İsrail (15), Hindistan (18), Cənubi Afrika (18) və Çin (21) bu kateqoriyada fərqlənə biliblər.  Gələcək illərdə isə radikal sıçrayışlar nəticəsində  Asiya ölkələrinin Avropanı qabaqlayacağı gözlənilir.

 

Rey-

tinq

Ölkə

Nobel

laureatlarının

sayı

1

ABŞ

368

2

Böyük Britaniya

132

3

Almaniya

107

4        

Fransa

62

5

İsveç

30

6

Yaponiya

26

6

İsveçrə

26

8

Rusiya

23

8

Kanada

23

10

Avstriya

21

11

Niderland

20

11

İtaliya

20

13

Danimarka

14

14

Norveç

13

15

Avstraliya

12

15

Polşa

12

15

İsrail

12

18

Belçika

10

18

Hindistan

10

18

Cənubi Afrika Respublikası

10

21

Çin

9

21

Macarıstan

9

23

İspaniya

8

24

İrlandiya

7

25    

Çex Respublikası

5

25 

Argentina

5

 

Milli  IQ

 

6 ən yaxşı ölkəyə baxın! Hamısı Asiya ölkələridir.   Qeyri Asiya ölkəsi olan Finlandiya onlardan 3 xal geridədir.

 

Bu kateqoriyada Lixtenşteyn və Monqolustanın yer alması gözlənilməz məqamlardandır.

 

Rey-tinq

Ölkə

Orta

IQ əmsalı

1

Sinqapur

107.1

2

Çin

105.8

3

Honkonq

105.7

4

Cənubi Koreya

104.6

4

Tayvan

104.6

6

Yaponiya

104.2

7

Finlandiya

100.9

8

Kanada

100.4

8

Niderland

100.4

10

Lixtenşteyn

100.3

11

İsveçrə

100.2

12

Monqolustan

100

13

Makao

99.9

14

Estoniya

99.4

15

Belçika

99.3

16

Avstraliya

99.2

17

Böyük Britaniya

99.1

18

Avstriya

99

19

Çex Respublikası

98.9

19

Yeni Zelandiya

98.9

21

Almaniya

98.8

22

İsveç

98.6

22

İslandiya

98.6

24

Fransa

98.1

24

Macarıstan

98.1

 

 Məktəbin nailiyyətləri

 

Uşaqlar gələcəkdir  və bu gələcək 5 hərfdən ibarət olan  qitəyə - Asiyaya  aiddir, reytinqin ilk 5 ölkəsi məhz Asiyanın payına düşür.  Rusiya Avropanı altıncı yerdə təmsil edir,  ABŞ 13-cü yerdədir,  Böyük Britaniya siyahıda görünmür.  Daha bir sürpriz isə Qazaxıstanla bağlıdır, bu ölkə  gözlənilmədən istedadlı məktəblilərin reytinqində 9-cu yeri tutub.

 

Rey-tinq

Ölkə

Yüksək bal toplayan şagirdlərin sayı, faizlə

1

Sinqapur

71.37

2

Cənubi Koreya

66.85

3

Honkonq

66.66

4

Tayvan

63.21

5

Yaponiya

58.01

6

Rusiya

38.46

7

Çin

38.27

8

Makao

37.02

9

Qazaxıstan

32.64

10

Lixtenşteyn

32.06

11

İsveçrə

31.93

12

İrlandiya

30.03

13

ABŞ

29.84

14

Macarıstan

29.40

15

İsrail

29.19

16

Belçika

28.76

17

Estoniya

27.97

18

Danimarka

27.51

18

Portuqaliya

27.51

20

Norveç

27.49

21

Polşa

26.83

22

Litva

25.47

23

Finlandiya

25.29

24

Niderland

25.15

25

Kipr

25.02

 

Oruc MUSTAFAYEV