Stenford Universitetinin tədqiqatçılar komandası hidrogenin hasil olunması üçün eksperimental sınaqların nəticələrini dərc ediblər. Burada əsas xammal kimi adi su çıxış edir, bu texnologiyanı fərqləndirən cəhət isə, onun insanın ağciyərlərinin fəaliyyətinə bənzəyən iş prinsipidir. Bu metod qazın generasiyasının ənənəvi metodlarından daha sadə, effektiv və sərfəlidir.

 

www.techcult.ru saytının məlumatına əsasən, alimlər qazların ayrılması üçün qurğudan membranın surətini çıxarıblar. Lakin bu tədqiqat zamanı ilk qarışıqdan yalnız oksigen deyil, həm də onunla birlikdə yanacaq qarışığını əmələ gətirən hidrogen ayrılır. Suyun parçalanma effektivliyinin artırılması üçün platin və qızıldan elektrokatalizatorlar istifadə olunub.

 

Membranın səthinin xüsusi forması sayəsində proses zamanı qabarcıqlar yaranmır, reaksiyalar bərabər gedir, təzyiq tədricən dəyişir və kataliz qatının dağılması baş vermir. Hazırda alimlər bu sistemi insanın ağciyərlərinin analogiyasına uyğun olaraq məsaməli etmək üzərində fikirləşirlər.

 

Yusif ƏLİYEV