Özəl ali məktəb sisteminin təhlilinə dair hesabat açıqlanıb


Dünyada hər 3 tələbədən biri özəl ali məktəbdə oxuyur. Bu barədə özəl ali məktəb sisteminin təhlilinə  həsr olunmuş  hesabatda qeyd olunur. Sənədin annotasiya hissəsində qeyd olunur ki, dövlət və özəl sahədə xidmətlərdən istifadə cəmiyyətlər  üçün   dəyişməz və əhəmiyyətli  elmi və siyasi maraq daşıyan məsələdir. Lakin ali təhsil  almaq üçün  indiyə qədər hərtərəfli məlumat bazası və müvafiq olaraq onların  etibarlı analizi yoxdur. Bu məqalə hər iki sahəyə aid məlumatları  özündə əks etdirir,  qlobal özəl ali təhsilin forma və coğrafiyasını müəyyən etməyə imkan verir. Son 10 il ərzində özəl sektor kəskin surətdə inkişaf edib, bu sektorda oxuyanların sayı dünya üzrə tələbələrin üçdəbirini (32,9%) təşkil edir.

 

Hesabat müəllifləri qeyd edirlər ki, sənəd bütün dünya üzrə tələbələrin özəl sektorda cəmləşməsinin geniş miqyas almasını üzə çıxarıb.  Ali məktəb sistemində özəl  sektorun təhlilinə həsr olunmuş  ilk sənəd  beynəlxalq səviyyədə özəl ali təhsilin forma və özlçüləri barədə müfəssəl məlumatları əks etdirir.  Hesabatda qeyd olunur ki, dünyada özəl ali təhsil sistemində 55,7 milyon tələbə təhsil alır, bu isə bütün dünya üzrə ümumi tələbə sayının 32,9 faizi deməkdir.

 

Amerika ənənəvi olaraq dünyada özəl ali təhsil sektorunun miqyasına görə lider mövqedə olsa da,  bu ölkənin özəl sektorunda oxuyan tələbələr  27,5 faiz təşkil edir. Bu isə dünya üzrə orta göstəricidən aşağıdır, hazırda özəl sektora qəbul sayının ondabir hssəsinə bərabərdir.

 

Özəl ali məktəblərdə tələbə payının ən yüksək  səviyyəsi Latın Amerikasında 48,8, Asiyada isə 42,1 faizdir.   Lakin bu sektorun inkişaf  etdiyi ölkələrin sayı az deyil.  Hesabata əsasən, ali təhsilə cəlb olunmuş tələbələrin 97,6 faizi “ikili sektor vəziyyəti”ndədir, bütün regionlarda tələbələrin ən azı 10 faizi özəl sektorda cəmləşib.

 

Ali təhsildə özəl sektorun tədqiqinə həsr olunmuş hesabat ABŞ-ın Nyu-York ştat Olbani  Universitetinin fəxri professoru  Daniel Levi tərəfindən hazırlanıb.  192 səhifəlik sənəddə əksini  tapmış göstəricilər BMT-nin təhsil statistikası institutundan və digər milli təşkilatlardan əldə olunub.

 

“Highers Education”  jurnalında dərc olunmuş “Qlobal özəl  ali təhsil: onun ölçüsünün empirik profili və coğrafi forması” adlı sənəddə qeyd olunur ki,   əvvəllər ali təhsil  dedikdə, ABŞ və eləcə də onun hüdudlarından kənarda əksəriyyət tərəfindən əsasən dövlət   sektoru (çox cüzi şəkildə qismən özəl) nəzərdə tutulub.  Buna baxmayaraq, artıq təhsilin dövlət və özəl forması bütün dünyada müəyyən mənada  ikili sektorun fenomenidir.  Bu, ona görə baş verib ki, əhalinin sayının artması ilə əlaqədar olaraq bir çox ölkələr dövlət universitet komplekslərinin yaradılması yolu ilə ali təhsilə artmaqda olan ehtiyacı tam ödəyə bilməyib. 

 

Ölkə

Özəl sektorda oxuyanların sayı (milyon)

Özəl ali məktəbə qəbul payı, faizlə

Hindistan

12.44

58.3

ABŞ

5.62

27.5

Braziliya

4.76

72.7

Çin

4.66

19.6

Yaponiya

3.02

78.6

İndoneziya

2.91

58.2

Cənubi Koreya

2.64

80.7

İran

1.7

44.9

Filippin

1.69

60.8

Rusiya Federasiyası

1.32

14.7

 

 

Mənbə: “Highers Education”un  tədqiqatlar proqramı

 

  Tədqiqatın nəticələrinə əsasən, 179 ölkədən yalnız 10-da heç bir özəl ali təhsil müəssisəsi yoxdur.  Özəl ali təhsilin dünya üzrə geniş dispersiyasına baxmayaraq bu sektora qəbul əsasən inkişaf etməkdə olan ölkələrdə cəmləşib.  Özəl sektorda qəbul səviyyəsinə görə yüksək  göstəriciyə  malik Latın Amerikası və Asiya ilə müqayisədə Kanada, Avstraliyada  özəl sektorun payı 6 faizdən az, Yeni Zelandiyada 10,1, Avropada 14,9 faizdir.

 

Professor Daniel Levinin  tədqiqatları  göstərir ki, özəl ali təhsil sektorunun 25,2 fazi inkişaf etmiş, 69,8 faizi isə inkişaf etməkdə olan ölkələrin payına düşür.   Başqa sözlə desək, inkişaf etmiş ölkələrdə tələbələrin 25,2 faizi özəl ali təhsil sistemində cəmləşib. İnkişaf etməkdə olan ölkələrdə isə bu rəqəm 37,8 faiz təşkil edir.

 

Ən böyük özəl ali təhsil sektoruna malik ölkə Hindistandır.  Bütün  dünya üzrə özəl sektorda təhsil alan tələbələrin ümumi sayının 21,9  faizi  (12 milyondan artıq)  bu ölkədə  yaşayır. Bu, ABŞ -da özəl sektorda oxuyanların sayından 2 dəfə artıqdır.

 

Hesabatda qeyd olunur ki,  özəl ali təhsil əsasən daha böyük təhsil sistemlərinə malik ölkələrdə  cəmləşmək tendensiyasına malikdir.  10 ən böyük ali təhsil sisteminə malik ölkələr Çin, Hindistan, ABŞ, Rusiya, Braziliya, İndoneziya, Yaponiya, İran, Türkiyə, Cənibi Koreyadır.  Dünya üzrə ali təhsilə cəlb olunmuş universitet  tələbələrinin ümumi sayının 58,3 faizi  bu ölkələrin payına düşür.  Özəl ali təhsil sektoruna gəldikdə isə, rəqəm  bir qədər də artıqdır - 69,2 faiz.

 

Hesabatdan hasil olan maraqlı məqamlardan biri də odur ki,  özəl ali təhsil sistemində daha çox tələbə sayına malik olan ölkələr,  bir qayda olaraq,  kiçik ali təhsil sisteminə malikdir. 

 

Professor  Daniel  Levi “Times Higher Education” jurnalına bildirib ki, onun gözləntilərinə əsasən hər iki sektor üzrə (dövlət və özəl) tələbə sayı bərabərləşənə qədər  özəl sektora tələbə qəbulu  artmaqda davam edəcək.  Onun sözlərinə görə, bu, qismən ona görə baş verir ki,  özəl sektor daha da böyüdükcə,  “tələbə payının artırılması vəzifəsi çətinləşir”.

 

Ali təhsil üzrə  müstəqil məsləhətçi,  Boston Kollecinin Beynəlxalq Ali Təhsil  Mərkəzinin elmi əməkdaşı Liz Reysberqin sözlərinə görə, özəl ali təhsil “mütləq və zəruridir”, çünki   dövlət sektorunun  qlobal çağırışların tələb və müxtəlifliyinin  miqyasını qarşılamaq üçün resursları heç də həmişə olmayacaq.  Ancaq o, əlavə edib ki, özəl sektorun keyfiyyəti  “fövqəladə dərəcədə narahatlıq doğurur”.  Məsələn, Latın Amerikasında, demək olar ki,  regiondakı hər bir ölkədə indi akkreditasiya üzrə agentliklər var,  lakin onlardan heç birinin istər özəl, istərsə də  dövlət sektorunda  təhsilin aşağı keyfiyyəti ilə bağlı  problemlərin həllində  kifayət qədər potensialı  yoxdur.

 

Oruc MUSTAFAYEV