“Himax Technologies”, “MediaTek” və “Megvii” şirkətləri Android mobil qurğularının əməliyyat sistemində istifadəçilərin sifətə görə tanınması funksiyalarının reallaşdırması üçün nəzərdə tutulmuş həll təqdim ediblər.
www.3dnews.ru saytının məlumatına görə, “Active Stereo Camera (ASC) 3D” tətbiqi süni intellekt əsasında kompüter görməsi alqoritmlərini, həmçinin bir sıra aparat komponentlərini birləşdirir.
Sistem istifadəçilərin sifətə görə effektiv 3D-tanınmasını təmin edir. Funksiya mobil qurğunun blokdan çıxarılması və ödənişlərin təsdiqi üçün istifadə oluna bilər.
“ASC 3D” sisteminin xüsusi infraqırmızı proyektoru və iki yüksək həssaslığa malik qəbuledici sifətin 7000-10000 görünməyən nöqtədən ibarət 3D-xəritəsini qurmağa imkan verir. Bu məlumatlar istifadəçinin identifikasiyası üçün istifadə olunur. İddia edilir ki, sistemin komponentləri kiçik ölçülərə və aşağı enerji istehlakına malikdir.
İstehsalçılar bildirirlər ki, ilk bu kimi aparatlar növbəti ildə işıq üzü görəcək.