Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə oktyabrın 16-da “Müasir dini təhsil modelləri ənənələr və qlobal çağırışlar kontekstində” mövzusunda respublika elmi-praktik konfransı keçiriləcək.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, konfransda məruzəçi kimi çıxış etmək istəyənlər məqalələrini sentyabrın 20-dək conference@scara.gov.az ünvanına göndərə bilərlər.
 
Elmi-praktik konfrans ölkəmizdə dini təhsil sahəsində mövcud vəziyyətin müzakirəsi, qarşıya çıxan problemlərin təhlili, onların həlli ilə bağlı təkliflərin irəli sürülməsinin təmin edilməsi, bu sahədə fəaliyyət göstərən alim və mütəxəssislər arasında tədqiqat işləri, məlumat və təcrübə mübadiləsi üçün platforma yaradılması məqsədilə təşkil olunur.
 
Konfransın mövzuları və məqalələrin qəbul qaydaları linkdəki elanda yerləşdirilib.