Müəllimlərin işə qəbulu üzrə müsabiqədə minimum tələbi ödəyən 22 093 nəfər vakansiya seçimində iştirak etmək hüququ əldə edib. 
 
“Azərbaycan müəllimi” xəbər verir ki, müsabiqəyə 10 592 vakant yer təqdim olunub. 
 
Müsabiqənin vakansiya seçimi mərhələsində əvvəlcə vakant yer seçmək imkanı müəllimlərin işə qəbulu üzrə müsabiqədə minimum tələbi ödəyən şəhid ailəsi üzvlərinə verilir. 26-28 iyul tarixlərində keçirilmiş müəllimlərin işə qəbulu üzrə müsabiqənin şəhid ailəsi üzvləri üçün vakansiya seçimində 39 namizəd uğur qazanaraq müsahibə mərhələsində iştirak hüququ əldə edib.