Ümumi sertifikatlaşdırmada iştirak edən müəllimlərin 88 faizi uğur qazanıb.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
 
O bildirib ki, 2022-2023, 2023-2024-cü illərdən bu günə qədər 40 min 600 müəllim sertifikatlaşdırmadan keçib.
 
Nazir vurğulayıb ki, yüksək nəticə göstərən müəllimlərin sayı sertifikatlaşdırmada qənaətbəxş nəticə göstərməyənlərdən iki dəfə çoxdur:
 
"Bütün müəllimlərin suala yanlış cavab verməsi ilə bağlı yayılan fikirlər yanlışdır. Hamısı zəif nəticə göstərməyib. Yüksək nəticə göstərən müəllimlərin əməkhaqqısına 10-35 faiz əlavə edilib. Cəmiyyətin müzakirə etdiyi müəllimlər az bir qismi əhatə edir. Müəllimlərin 90 faizinin nəticəsi qənaətbəxşdir".