Oktyabrın 1-də elm və təhsil naziri Emin Əmrullayev Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tamas Torma, Macarıstanın Kənd Təsərrüfatı və Təbiət Elmləri Universitetinin rektoru Csaba Gyuricza ilə görüşüb.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, görüş zamanı 2 ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və sözügedən ali təhsil müəssisəsi ilə Azərbaycan ali təhsil müəssisələri arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.