Emin Əmrullayev: Ümumi sertifikatlaşdırmada iştirak edən müəllimlərin 88 faizi uğur qazanıb
Ümumi sertifikatlaşdırmada iştirak edən müəllimlərin 88 faizi uğur qazanıb.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
 
O bildirib ki, 2022-2023, 2023-2024-cü illərdən bu günə qədər 40 min 600 müəllim sertifikatlaşdırmadan keçib.
 
Nazir vurğulayıb ki, yüksək nəticə göstərən müəllimlərin sayı sertifikatlaşdırmada qənaətbəxş nəticə göstərməyənlərdən iki dəfə çoxdur:
 
"Bütün müəllimlərin suala yanlış cavab verməsi ilə bağlı yayılan fikirlər yanlışdır. Hamısı zəif nəticə göstərməyib. Yüksək nəticə göstərən müəllimlərin əməkhaqqısına 10-35 faiz əlavə edilib. Cəmiyyətin müzakirə etdiyi müəllimlər az bir qismi əhatə edir. Müəllimlərin 90 faizinin nəticəsi qənaətbəxşdir".


14.06.2024 | 12:29