İyunun 13-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən təhsil müəssisələrində vakant olan psixoloq və uşaq birliyi təşkilatının rəhbəri vəzifələri üzrə keçirilən müsabiqənin test mərhələsində uğur qazanan namizədlər üçün müsahibə mərhələsi təşkil olunacaq.
Bu barədə "Azərbaycan müəllimi"nə nazirlikdən bildirilib. Qeyd olunub ki, müsabiqənin test mərhələsində 43 namizəd iştirak etmiş, onlardan 8-i uğur qazanmışdır.
Bu barədə "Azərbaycan müəllimi"nə nazirlikdən bildirilib. Qeyd olunub ki, müsabiqənin test mərhələsində 43 namizəd iştirak etmiş, onlardan 8-i uğur qazanmışdır.
Məlumat üçün bildirək ki, müsahibə mərhələsində namizədlərin vəzifə bilikləri, peşəkar kompetensiyaları, psixoloji hazırlığı və dünyagörüşü müvafiq meyarlar əsasında 5 ballıq şkala ilə müvafiq komissiya tərəfindən yoxlanılacaq. Namizədlər meyarlar üzrə ortalama 2,5 bal topladıqda bu mərhələni uğurla keçmiş sayılacaqlar.
Müsahibə mərhələsinin nəticəsinə əsasən keçid balını toplamış bir neçə namizəd olduqda ən yüksək nəticə göstərmiş namizəd müvafiq vəzifəyə təyin olunacaq.
Namizədlər müsahibə mərhələsinin qrafiki ilə https://rb.gy/ur2cy1 linkindən tanış ola bilərlər.