Psixoloq və uşaq birliyi təşkilatının rəhbəri vəzifələri üzrə müsahibə mərhələsi təşkil olunacaq
İyunun 13-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən  təhsil müəssisələrində vakant olan psixoloq və uşaq birliyi təşkilatının rəhbəri vəzifələri üzrə keçirilən müsabiqənin test mərhələsində  uğur qazanan namizədlər üçün müsahibə mərhələsi təşkil olunacaq.

Bu barədə "Azərbaycan müəllimi"nə nazirlikdən bildirilib. Qeyd olunub ki, müsabiqənin test mərhələsində 43  namizəd iştirak etmiş, onlardan 8-i uğur qazanmışdır.

Məlumat üçün bildirək ki, müsahibə mərhələsində  namizədlərin vəzifə bilikləri, peşəkar kompetensiyaları, psixoloji hazırlığı və dünyagörüşü müvafiq meyarlar əsasında 5 ballıq şkala ilə müvafiq komissiya tərəfindən yoxlanılacaq. Namizədlər meyarlar üzrə ortalama 2,5 bal topladıqda bu mərhələni uğurla keçmiş sayılacaqlar. 

Müsahibə mərhələsinin nəticəsinə əsasən keçid balını toplamış bir neçə namizəd olduqda ən yüksək nəticə göstərmiş namizəd müvafiq vəzifəyə təyin olunacaq. 

Namizədlər müsahibə mərhələsinin qrafiki  ilə https://rb.gy/ur2cy1 linkindən tanış ola bilərlər. 


03.06.2024 | 18:07