Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) fənlərin tədrisinin keyfiyyətinin yüksəldilməsi məqsədilə yeni təlimlərə start verilib.
“Azərbaycan müəllimi” UNEC-ə istinadən xəbər verir ki, təlimlər “Mühasibat proqram təminatı”, “Aktuar hesablamalar,” “Data science və Pyton” proqamlaşdırma dili və “E-Views əsaslı Ekonometrika” sahələrini əhatə edəcək.
Mayın 6-da keçiriləcək təlimlər Türkiyənin İstanbul Texniki Universitetinin professoru Nizamettin Aydın və Yıldız Texniki Universitetinin professoru Əhməd Elbir tərəfindən aparılacaq.