UNEC-də fənlərin tədrisinin keyfiyyətinin yüksəldilməsi məqsədilə yeni təlimlər keçiriləcək

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) fənlərin tədrisinin keyfiyyətinin yüksəldilməsi məqsədilə yeni təlimlərə start verilib.  

 

“Azərbaycan müəllimi” UNEC-ə istinadən xəbər verir ki, təlimlər “Mühasibat proqram təminatı”, “Aktuar hesablamalar,” “Data science və Pyton” proqamlaşdırma dili və “E-Views əsaslı Ekonometrika” sahələrini əhatə edəcək.

 

Mayın 6-da keçiriləcək təlimlər Türkiyənin İstanbul Texniki Universitetinin professoru Nizamettin Aydın  və Yıldız Texniki Universitetinin professoru  Əhməd Elbir tərəfindən aparılacaq.

 

 



24.04.2024 | 09:44