Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyindəki məktəbəqədər təhsil müəssisələrinin birgə təşkilatçılığı ilə Novruz bayramının gəlişi  ilə əlaqədar bayram tədbiri keçirilib.

        

Tədbirdə  Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, sektor müdirləri, idarə əməkdaşları, məktəbəqədər və ümumi təhsil müəssisələrinin rəhbərləri, müəllimlər və şagirdlər iştirak ediblər.

        

RTİ-dən  bildiriblər ki, tədbir məktəbəqədər təhsil müəssisələrinin müəllim-uşaq kollektivinin nümayiş etdirdiyi Novruz atributlarından ibarət sərgiyə, milli yeməklərimizin hazırlandığı stendlərə baxış keçirilməsi ilə başlayıb. Sonra F. Bədəlov tədbir iştirakçılarını, körpə fidanları çərşənbələr, qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib.

 

Tədbirdə  məktəbəqədər təhsil müəssisələrinin uşaqları müxtəlif səhnəciklər göstərib, mahnılar ifa edib və  maraqlı ədəbi- bədii kompozisiyalar nümayiş etdiriblər.

 

Şakir CƏFƏROV