Məktəbəqədər təhsil müəssisələrində bayram tədbiri | |
Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyindəki məktəbəqədər təhsil müəssisələrinin birgə təşkilatçılığı ilə Novruz bayramının gəlişi ilə əlaqədar bayram tədbiri keçirilib.
Tədbirdə Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, sektor müdirləri, idarə əməkdaşları, məktəbəqədər və ümumi təhsil müəssisələrinin rəhbərləri, müəllimlər və şagirdlər iştirak ediblər.
RTİ-dən bildiriblər ki, tədbir məktəbəqədər təhsil müəssisələrinin müəllim-uşaq kollektivinin nümayiş etdirdiyi Novruz atributlarından ibarət sərgiyə, milli yeməklərimizin hazırlandığı stendlərə baxış keçirilməsi ilə başlayıb. Sonra F. Bədəlov tədbir iştirakçılarını, körpə fidanları çərşənbələr, qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib.
Tədbirdə məktəbəqədər təhsil müəssisələrinin uşaqları müxtəlif səhnəciklər göstərib, mahnılar ifa edib və maraqlı ədəbi- bədii kompozisiyalar nümayiş etdiriblər.
Şakir CƏFƏROV
|
|
16.03.2024 | 13:28 | |
|
|
|