Bakı Dövlət Universitetinin (BDU) fizika fakültəsinin lV kurs tələbələri Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunda istehsalat təcrübəsi keçirlər. İstehsalat təcrübəsinin əvvəlində tələbələrə institutun fəaliyyəti, buradakı laboratoriyalar və aparılan elmi-tədqiqat işləri barədə məlumat verilib.
Tələbələr nanoquruluşlar, aşqarlar haqqında məlumatlar əldə edib, institutun laboratoriyalarında eksperimentlər aparıblar. Onlara “Perki Elmer LS-55 Luminessent” spektrometri, sintez peçi, multimetr avadanlıqlarının iş prinsipləri izah olunub. Tələbələr təcrübə müddətində CaS, Ga2S3 kimi müxtəlif metodlarla sintez edilə bilən birləşmələrin alınma texnologiyaları ilə də tanış olublar.