Tələbələr Fizika İnstitutunda istehsalat təcrübəsində

Bakı Dövlət Universitetinin (BDU) fizika fakültəsinin lV kurs tələbələri Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunda istehsalat təcrübəsi keçirlər. İstehsalat təcrübəsinin əvvəlində tələbələrə institutun fəaliyyəti, buradakı laboratoriyalar və aparılan elmi-tədqiqat işləri barədə məlumat verilib.

 

Tələbələr nanoquruluşlar, aşqarlar haqqında məlumatlar əldə edib, institutun laboratoriyalarında eksperimentlər aparıblar. Onlara “Perki Elmer LS-55 Luminessent” spektrometri, sintez peçi, multimetr avadanlıqlarının iş prinsipləri izah olunub. Tələbələr təcrübə müddətində CaS, Ga2S3  kimi müxtəlif metodlarla sintez edilə bilən birləşmələrin alınma texnologiyaları ilə də tanış olublar.

 



13.03.2024 | 15:36