Noyabr ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 15 890 müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub.
Statistikaya əsasən, Çağrı Mərkəzinə (146-1 nömrəli) 9 152 zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzinə 3 237 müraciət daxil olub.
BŞTİ-yə 2 939 sənəd (vətəndaşlar tərəfindən 1 568 ərizə, Elm və Təhsil Nazirliyindən 409, digər qurumlardan 236, tabelikdə olan təhsil müəssisələrindən 437 məktub və 289 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 562 elektron müraciətə baxılıb.
Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, məktəbəqədər təhsil müəssisələrinə qəbul, şagird yerdəyişməsi, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, işə qəbul və digər məsələləri əhatə edir.