...Bu deviz altında 11 nömrəli inteqrasiya təlimli internat məktəbində maarifləndirici tədbir keçirilib.
Tədbirin keçirilməsində məqsəd narkomaniya və psixotrop maddələrin insan orqanizmində yaratdığı problem və fəsadlarla bağlı şagirdləri erkən yaşlarından məlumatlandırmaq, onlara sağlam həyat tərzi sürməyin vacibliyini anlatmaq olub.
Tədbirdə çıxış edənlər dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın törətdiyi fəsadlardan, onun insan sağlamlığına vurduğu zərərlərdən, narkotik vasitələrə aludəçiliyin asılılıq yaratmasından söz açıblar. Mütəxəssislər, psixoloqlar və müəllimlər öz çıxışlarında şagirdlərə hər yerdə diqqətli olmağı, narkotik istifadəçiləri olan şəxslərə yaxın durmamağı tövsiyə ediblər. Narkomaniyanın bütün dünya üçün təhlükə mənbəyi olduğunu diqqətə çatdıran natiqlər, bu bəlaya qarşı ölkəmizdə aparılan mübarizədən, müxtəlif qurum və təşkilatlarda, həmçinin təhsil ocaqlarında bu yöndə təşkil edilən maarifləndirici tədbirlərin əhəmiyyətindən bəhs ediblər. Vurğulanıb ki, belə təhlükəli hallara qarşı mübarizə cəmiyyətimiz, xalqımız, dövlətimiz üçün olduqca prinsipial məsələdir. Çünki yalnız sağlam yeniyetmə və gənclər Azərbaycanımızın parlaq gələcəyini təmin edə bilərlər.
Sifai SƏFƏROVA