“ Narkomaniyaya yox deyək”

...Bu deviz altında 11 nömrəli inteqrasiya təlimli internat məktəbində  maarifləndirici  tədbir keçirilib.

   

Tədbirin keçirilməsində məqsəd  narkomaniya və psixotrop maddələrin  insan orqanizmində yaratdığı problem və fəsadlarla bağlı   şagirdləri  erkən yaşlarından məlumatlandırmaq, onlara  sağlam həyat tərzi  sürməyin vacibliyini anlatmaq olub.  

 

Tədbirdə çıxış edənlər dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın törətdiyi  fəsadlardan, onun insan sağlamlığına vurduğu  zərərlərdən, narkotik vasitələrə  aludəçiliyin  asılılıq yaratmasından   söz açıblar.  Mütəxəssislər, psixoloqlar və  müəllimlər  öz çıxışlarında şagirdlərə  hər yerdə  diqqətli olmağı, narkotik istifadəçiləri olan şəxslərə yaxın durmamağı  tövsiyə ediblər. Narkomaniyanın bütün dünya üçün təhlükə mənbəyi olduğunu  diqqətə çatdıran  natiqlər, bu bəlaya qarşı ölkəmizdə aparılan mübarizədən, müxtəlif qurum və təşkilatlarda, həmçinin  təhsil ocaqlarında  bu yöndə təşkil edilən maarifləndirici tədbirlərin əhəmiyyətindən  bəhs ediblər. Vurğulanıb ki, belə təhlükəli hallara qarşı mübarizə cəmiyyətimiz, xalqımız, dövlətimiz üçün  olduqca prinsipial  məsələdir.  Çünki yalnız sağlam yeniyetmə və gənclər  Azərbaycanımızın  parlaq  gələcəyini təmin edə bilərlər.

  

Sifai SƏFƏROVA

 

 



07.11.2023 | 17:00