Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatının (TGT) üzvləri sentyabrın 15-də Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Bakı Gənclər Mərkəzinin birgə təşkilatçılığı ilə “Bilik Günü”nə həsr olunmuş “Birlik” intellektual yarışında iştirak ediblər.
Yasamal rayonunu təmsil edən BDU-nun TGT üzvləri 12 komanda ilə 3 turda davam edən yarışı birinciliklə başa vurublar.
Qaliblər diplom və hədiyyələrlə təltif edilib.