BDU-nun TGT üzvləri intellektual yarışda qalib olublar

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatının (TGT) üzvləri sentyabrın 15-də Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Bakı Gənclər Mərkəzinin birgə təşkilatçılığı ilə “Bilik Günü”nə həsr olunmuş “Birlik” intellektual yarışında iştirak ediblər.  

 

Yasamal rayonunu təmsil edən BDU-nun TGT üzvləri 12 komanda ilə 3 turda davam edən yarışı birinciliklə başa vurublar.  

 

Qaliblər diplom və hədiyyələrlə təltif edilib.  

 

 



18.09.2023 | 16:19